ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmədə bir qrup hakimin təntənəli yola salınması mərasimi keçirilmişdir

05.07.2010, 12:35
Ali Məhkəmədə bir qrup hakimin təntənəli yola salınması mərasimi keçirilmişdir
Ali Məhkəmədə bir qrup hakimin təntənəli yola salınması mərasimi keçirilmişdir

    2010-cu il iyulun 2-də Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə uyğun olaraq  Ali Məhkəmənin bir qrup hakimi  təntənəli  təqaüdə yola salınmışdır. 
        Mərasimi giriş sözü ilə açan  Ali Məhkəmənin sədri Ramiz Rzayev qeyd etmişdir ki, təqaüdə yola salınan hakimlər həm sovet dönəmində, həm də müstəqillik dövründə fəaliyyət göstəriblər. Onların hər biri ulu öndər Heydər Əliyevin  təqdimatı ilə Ali Məhkəmənin hakimi təyin olunublar. Nəriman Hüseynov, Oqtay Maqsudov, Müzəffər Ağazadə, Vidadi Həşimov və Günəş Xudaverdiyeva şərəfli ömür yolu keçiblər. Onların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Təqaüdə yola salınan beş hakimdən dördü Azərbaycan Respublikasının əməkdar hüquqşünasıdır. Bu hakimlərin  əksəriyyəti 50 ilə yaxındır ki, bu şərəfli vəzifəni  yerinə yetirir, 30 ildən  artıqdır ki, Ali Məhkəmənin  hakimidir. 
    Ali Məhkəmənin  sədri Ali Məhkəməyə yeni təyin olunan hakimlərə  tövsiyyələrini də bildirmişdir. Qeyd olunmuşdur ki, hakim müstəqil və ədalətli olmalıdır, şəffaf fəaliyyət göstərməlidir. Elə fəaliyyət göstərməlidir ki, cəmiyyətin məhkəmələrə olan inamı daim artsın. 
Mərasimdə  Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədov, Respublikanın Baş Prokuroru Zakir Qaralov, Prezident Administrasiyası Hüquq-Mühafizə Orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək təqaüdə yola salınan hakimlərə uzun müddət ədalət mühakiməsini yüksək səviyyədə həyata keçirdiklərinə  görə  təşəkkür etmiş, onlara mənalı istirahət arzulamışlar. 
Təqaüdə yola salınan hakimlər  əməklərinə verilən yüksək qiymətə, göstərilən  diqqət və qayğıya görə dövlətə,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.