Ali Məhkəmədə BMT-nin İH üzrə C.Qafqazdakı Ofisinin Baş Müşaviri Vladimir Şkolnikov və İH üzrə Milli Müşaviri Kamran Bağırov ilə Beynəlxalq Əlaqələr və İnsan Hüquqları və İ.Əlaqələr şöbələrinin arasında görüş keçirilmişdir
05.02.2014, 12:355 Fevral 2014-ci il tarixdə Ali Məhkəmədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı Ofisinin İnsan Hüquqları üzrə Baş Müşaviri Vladimir Şkolnikov və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Milli Müşaviri Kamran Bağırov ilə Beynəlxalq Əlaqələr və İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr şöbələrinin əməkdaşlar arasında görüş keçirilmişdir. Görüşün təşəbbüskarları Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr şöbəsi və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı olmuşdur. Görüşün məqsədi Baş Müşavir Vladimir Şkolnikovun Azərbaycana səfəri çərçivəsində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə ölkənin məhkəmə qurumları arasında insan hüquqları və qanunun aliliyi sahəsində gələcək əməkdaşlıq yollarının müəyyən edilməsi üçün Ali Məhkəmənin yeni yaradılmış İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşları ilə tanışlıq olmuşdur. Görüşdə insan hüquqları sahəsində əhalinin maarifləndirməsi, xarici və beynəlxalq qurumlar ilə qarşılıqlı tərcübə mübadiləsi, beynəlxalq konfranslarda və forumlarda iştirak, 2015-2020-ci illərdə Azərbaycanda BMT-nin İnkişafa Yardım üzrə Çərçivə Sənədinin işlənib hazırlanmasında birgə əməkdaşlıq və sair məsələlər müzakirə olunmuşdur. Görüşün gedişində Vladimir Şkolnikov BMT-nin insan hüquqları sahəsində gördüyü işlər barədə məlumat vermişdir. Həmçinin qonaqlar tərəfindən Ədalət Mühakiməsinin həyata keçirilməsində İnsan Hüquqları adlı tədris vəsaitləri təqdim olunmuşdur.
Göstərilən platformalarda paylaş: