ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmədə könüllülərin qeydiyyatı aparılır

07.05.2019, 12:35
Ali Məhkəmədə könüllülərin qeydiyyatı aparılır
Ali Məhkəmədə könüllülərin qeydiyyatı aparılır

May ayının 6-dan Azərbaycan Respublikası Ali Məhkəməsində könüllülük fəaliyyəti göstərmək istəyən gənclərin yeni qeydiyyatı  başlandı.

Könüllülər Proqramına yaşı 18-dən 26-dək olan əsasən hüquq fakültələrində oxuyan və hüquq sahəsində işləyən şəxslərin cəlb edilməsi nəzərdə tutulmuşdur.

Könüllü olmaq istəyən gənclərin həvəsi və işlədiyi qurumu layiqincə təmsil etmək arzusu olmalıdır. Könüllü olmaq istəyənin xarici dil bilməsi arzu olunur. Hər həftə Ali Məhkəmədə keçirilən seminarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qəbul etdiyi qərarları müzakirə olunur və könüllü gənclər həmin seminarda iştirak edəcəklər.

Könüllülərlə birgə iş birliyi Ali Məhkəmənin gənclər siyasəti sahəsində həyata keçirdiyi tədbir və layihələrin, eləcə də təqdim edilən dövlət xidmətlərinin tərkib hissəsidir.

Proqrama qoşulmaq istəyənlər Ali Məhkəmənin internet səhifəsində könüllülər üçün yaradılmış bölmədə qeydiyyatdan keçə bilərlər.

Tələb olunan sənədlər aşağıdakılardır: şəxsiyyət vəsiqəsinin surəti, tələbə bileti və ya diplomun surəti, tərcümeyi hal və 3x4 fotoşəkil.

Əlavə məlumat almaq üçün bu telefonlara zəng etmək olar:  012 489 52 30,  012 489 07 07 (daxili 18120, 18122, 18123, 18140)