Ali Məhkəmədə Moldovanın Baş prokuroru vəzifəsini icra edən İon Muntyanunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
28.07.2023, 12:202023-cü il iyulun 28-də Moldova Respublikasının Baş prokuroru vəzifəsini icra edən İon Muntyanunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.
Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov qonaqları salamlayaraq, ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib. Sədr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları və Ali Məhkəmənin fəaliyyəti barədə ətraflı məlumat verib.
Bildirilib ki, ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində daimi iş aparılır, hakim vəzifəsinə seçim prosedurları müasir standartlara uyğunlaşdırılır, məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə edilir.
Sonra iki ölkə arasında məhkəmə-hüquq sistemləri üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub və qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Göstərilən platformalarda paylaş: