ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmədə Türkiyənin Baş prokuroru ilə görüş keçirilib

15.09.2023, 15:30

2023-cü il sentyabrın 15-də ölkəmizdə səfərdə olan Türkiyənin Baş prokuroru Bəkir Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.  

Qonaqları salamlayan Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildirib ki, bu gün Azərbaycan-Türkiyə arasında sarsılmaz dostluq münasibətləri bütün istiqamətlərdə uğurla inkişaf edir. 

Qeyd edilib ki, iki ölkə arasında əlaqələrin möhkəmlənməsində dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın səmimi qardaşlıq münasibətlərinin xüsusi rolu var.

Azərbaycanla Türkiyə arasında məhkəmə-hüquq sahəsində də əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu və birgə fəaliyyət nəticəsində mövcud əlaqələrin daha da gücləndiriləcəyi vurğulanıb. 

Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Bəkir Şahin ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, bu münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.