ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmədə Türkiyənin Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti ilə görüş keçirilib

06.11.2023, 18:30
Ali Məhkəmədə Türkiyənin Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti ilə görüş keçirilib
Ali Məhkəmədə Türkiyənin Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Respublikasının Ali Məhkəməsində Türkiyənin Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti  ilə görüş keçirilib. 

Görüşdə qonaqlara ölkəmizin məhkəmə sistemi barədə geniş məlumat verilib, son dövrlər bu sahədə aparılan islahatlar diqqətə çatdırılıb. Azərbaycan və Türkiyənin məhkəmə-hüquq sistemləri arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi və bu münasibətlərin daha da genişlənməsi üçün səylərin artırılmasının vacibliyi vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb. 

Sonra qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olublar.