ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmədə Ulu öndər Heydər Əliyevin Xatirə gününə həsr olunmuş tədbir keçirilmişdir

11.12.2018, 12:35
Ali Məhkəmədə Ulu öndər Heydər Əliyevin Xatirə gününə həsr olunmuş tədbir keçirilmişdir
Ali Məhkəmədə Ulu öndər Heydər Əliyevin Xatirə gününə həsr olunmuş tədbir keçirilmişdir

          2018-ci il dekabrın 11-də Ali Məhkəmədə Ulu öndər Heydər Əliyevin Xatirə gününə həsr olunmuş tədbir keçirilmişdir.

        Tədbiri giriş sözü ilə açan  Ali Məhkəmənin sədri Ramiz Rzayev  Ulu öndər Heydər Əliyevin ömür yolundan danışmış, Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq bir dövrünün bu böyük şəxsiyyətin adı ilə bağlı olduğunu nəzərə çatdırmışdır.

          Ali Məhkəmənin sədri bildirmişdir ki, Heydər Əliyev  dünyanın tanınmış dövlət və siyasi xadimləri sırasında ən görkəmli və böyük təsirə malik lider olduğunu  əməli fəaliyyəti ilə göstərmişdir. Ulu öndər Heydər Əliyev Azərbaycan tarixinə müstəqilliyimizin memarı, dövlətçiliyimizin xilaskarı kimi düşmüşdür. Ulu öndər Azərbaycançılıq ideyasının müasir dövrümüzdə yaradıcısı olmuş, Vətənin müstəqilliyi, inkişafı, xalqın milli-mənəvi tərəqqisi  üçün möhtəşəm işlər həyata keçirmişdir. Bu gün Azərbaycanın neft strategiyasında  qazandığı uğurların əsasını Ulu öndər Heydər Əliyev qoymuşdur. Ölkəmizdə iqtisadiyyatın, elmin, mədəniyyətin, incəsənətin, ədəbiyyatın, idmanın inkişafının təməli onun adı ilə bağlıdır. Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti  Azərbaycançılıq  məktəbidir.

Ali Məhkəmənin sədri ulu öndər Heydər Əliyevin amallarının xalqın gündəlik fəaliyyətində və düşüncəsində  yaşadığını bildirərək bu amalların xalqımızı  tərəqqi zirvəsinə doğru inamla aparan,  Ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən  uğurla  gerçəkləşdirildiyini  vurğulamışdır.

          Tədbirdə çıxış edənlər müstəqil dövlətimizin banisi və qurucusu ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini söyləmiş, onun  Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərini qeyd etmiş, irsinin daim yaşayacağını bildirmişlər.