Ali Məhkəmədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
07.05.2011, 12:35Tədbirdə Ali Məhkəmənin sədri Ramiz Rzayev dünyanın bir çox ölkələrində və habelə Azərbaycanın hər yerində çağdaş tarixə yenilməz şəxsiyyət, nadir istedada malik dövlət xadimi və dahi siyasətçi kimi daxil olmuş ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə geniş miqyasda silsilə tədbirlər keçirilməsini və onun əziz xatirəsi hörmətlə yad edilməsini nəzərə çatdırmışdır.
Azərbaycan tarixinin tale yüklü hadisələrlə dolu olan 30 ildən artıq bir dövrü bu böyük şəxsiyyətin adı ilə bağlıdır.
Umummilli lider Heydər Əliyevin bütün siyasi və dövlətçilik fəaliyyəti müasir Azərbaycanın, Azərbaycan xalqının, milli dövlətçiliyin inkişafı və məhkəmə sisteminin möhkəmlənməsi tarixidir.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər ölkəmizin iqtisadi, ictimai –siyasi, hüquqi, mədəni-mənəvi yüksəlişi, tərəqqisi ilə fərqlənir.
Heydər Əliyev Azərbaycan tarixində yeganə şəxsiyyət-rəhbərdir ki, keçmiş SSRİ kimi dövlətin siyasi rəhbərlik zirvəsinə yüksəlmiş və dünyanın tanınmış dövlət və siyasi xadimləri arasında ən görkəmli və böyük təsirə malik olan dünya şöhrətli lider olduğunu əməli fəaliyyəti ilə göstərmişdir.
Ali Məhkəmənin sədri ümummilli lider Heydər Əliyevin amallarının xalqın gündəlik fəaliyyətində və düşüncəsində yaşadığını bildirərək bu amalların xalqımızı tərəqqi zirvəsinə doğru inamla aparan, dahi rəhbərimizin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirildiyini vurğulamışdır.
Tədbirdə çıxış edənlər müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyev haqqında xatirələrini danışmış, onun irsinin daim yaşayacağını bildirmişlər
Göstərilən platformalarda paylaş: