Ali Məhkəmənin hakimi Əziz Seyidov təqaüdə yola salınıb
01.11.2024, 12:412024-cü il noyabrın 1-də Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimi Əziz Seyidovun təqaüdə yola salınması münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Əziz Seyidovun uzun illər prokurorluq orqanlarında və Ali Məhkəmədə səmərəli fəaliyyətindən danışaraq ona gələcək işlərində uğurlar arzu edib.
Əziz Seyidov da öz növbəsində Ali Məhkəmədə işlədiyi dövrlə bağlı xoş təəssüratlarını bölüşərək, ona göstərilən diqqət və qayğıya görə təşəkkür edib.
Sonda təqaüdə yola salınan hakim Əziz Seyidova Məhkəmə-Hüquq Şurası adından fəxri döş nişanı təqdim olunub.
Göstərilən platformalarda paylaş: