Ali Məhkəmənin hakimi Gürcüstanda beynəlxalq konfransda iştirak etmişdir
24.09.2011, 12:35Ali Məhkəmənin hakimi Əli Seyfəliyev 2011-ci il sentyabrın 22-dən-24-dək Batumi şəhərində Gürcüstan Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Gələcəkdə dövlət xidmətlərinin göstərilməsi, korrupsiya ilə mübarizə sahəsində fəaliyyətin yaxşılaşdırılması” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmişdir.
Region ölkələrinin müxtəlif hökumət və qeyri-hökumət təşkilatlarının iştirak etdiyi beynəlxalq konfrahsda müasir informasiya mübadiləsi vasitəsilə dövlət idarələri arasında daha sıx əməkdaşlığın inkişafı məsələləri müzakirə olunmuşdur.
Konfransda Gürcüstanda, Polşada, Slovakiyada korrupsiya ilə mübarizə mövzularında məruzələr dinlənilmiş, bu sahədə məhkəmələrin qaşısında duran vəzifələr müzakirə olunmuşdur. Ali Məhkəmənin hakimi mövzu ilə bağlı keçirilən müzakirələrdə və diskussiyalarda fəal iştirak etmişdir.
Göstərilən platformalarda paylaş: