ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmənin hakimi təqaüdə yola salınıb

15.09.2021, 14:19
Ali Məhkəmənin hakimi təqaüdə yola salınıb
Ali Məhkəmənin hakimi təqaüdə yola salınıb

2021-ci il sentyabrın 14-də Azərbaycan Respublikası   Ali Məhkəməsinin  hakimi  Gündüz Quliyevin təqaüdə yola salınması münasibətilə tədbir keçirilib.  

Tədbiri giriş sözü ilə açan  Ali Məhkəmənin sədri Ramiz Rzayev qeyd edib ki, təqaüdə yola salınan hakim Gündüz Quliyev 2000-ci ildən  məhkəmə sistemində  hakim kimi fəaliyyət göstərib. O, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  təqdimatı ilə Ali Məhkəmənin hakimi təyin olunub.

Gündüz Quliyev  şərəfli ömür yolu keçib, hakim adını həmişə uca tutub.  

Ali Məhkəmənin  sədri bildirib ki, hakim müstəqil və ədalətli olmalıdır, şəffaf fəaliyyət göstərməlidir. Elə fəaliyyət göstərməlidir ki, cəmiyyətin məhkəmələrə olan inamı daim artsın.

Tədbirdə çıxış edənlər təqaüdə yola salınan hakim Gündüz Quliyevə uzun müddət ədalət mühakiməsini yüksək səviyyədə həyata keçirdiyinə  görə  təşəkkür edərək, ona mənalı istirahət arzulayıblar.

Təqaüdə yola salınan hakim Gündüz Quliyev hakim adını iyirmi ildən artıq qürurla daşıdığına, qanunun aliliyinin təmin olunmasında iştirakına görə özünü rahat və xoşbəxt hiss etdiyini ifadə edib. Ali Məhkəmədə işlədiyi dövrün onun həyatında xüsusi bir səhifə olduğunu vurğulayan  Gündüz Quliyev burada yaradılan səmimi və işgüzar şəraitə, ona göstərilən diqqət və qayğıya  görə dövlətə, Azərbaycan Respublikasının Prezidentinə  və Ali Məhkəmənin rəhbərliyinə təşəkkür edib.