Ali Məhkəmənin Kollegiya sədri Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində keçirilən beynəlxalq Konfrasda iştirak etmişdir.
25.06.2014, 12:35Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri Şahin Yusifov 23-25 iyun 2014-cü il tarixlərdə Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində həmin ölkənin Ali Məhkəməsi tərəfindən təşkil olunmuş Mərkəzi və Şərqi Avropa ölkələrinin məhkəmə hakimiyyəti rəhbərlərinin növbəti Konfransında iştirak etmişdir.
Gürcüstan Respublikasının Prezidenti Giorqiy Marqvelaşvilinin, Almaniyanın Gürcüstan Respublikasındakı səfiri Otvan Qenninqin qatıldıqları Konfrasda mərkəzi və şərqi Avropanın 13 dövlətinin – Albaniyanın, Azərbaycanın, Xorvatiyanın, Qaradağ Respublikasının, Latviyanın, Litvanın, Makedoniyanın, Moldovanın, Macarıstanın, Slovakiyanın, Polşanın, Ukraynanın və Gürcüstanın Ali Məhkəmələrinin sədrlərinin, sədr müavinlərinin və kollegiya (palata) sədrlərinin, habelə ABŞ-ın dairə Apellyasiya Məhkəmələrinin hakimləri Jon Volkerin və Klifford Vallasın, CELLİ İnstitutunun direktoru Kristofer Lemannın iştirakları ilə keçirilmiş Konfrasda məhkəmə hakimiyyətinin müstəqilliyinə nail olmaq üçün görülən tədbirlər, məhkəmələrdə elektron kargüzarlığın tətbiqi, uzanan məhkəmə proseslərinin idarə edilməsi, effektiv intizam mexanizmləri, məhkəmə mübahisələrinin alternativ həlli yolları, hakimlərin tədrisi, vətəndaşların məhkəmələrə inamının artırılması üçün görülməli olan tədbirlər, məhkəmə hakimiyyətinin kütləvi informasiya vasitələri ilə münasibətləri mövzularında geniş müzakirələr aparlmışdır.
Ali Məhkəmənin kollegiya sədri hər bir mövzu üzrə səmimi və işguzar şəraitdə keçirilən müzakirələrdə çıxışlar edərək ölkəmizdə son illərdə uğurla aparılan məhkəmə-hüquq islhatları, məhkəmə sisteminin müasirləşdirilməsi, məhkəmə hakiməyyətinin cəmiyyətdə nüfuzunun artırılması istiqamətində görülən işlər, ədalət mühakiməsinin həyata keçirilməsi prinsiplərinə dair ölkə qanunvericiliyinin tələbləri, məhkəmələrin kütləvi informasiya vasitələri ilə əməkdaşlağı və digər müzakirə edilən məsələlər haqqında ətraflı məlumat vermişdir. Konfransın sonunda iştirakçılar tərəfindən Məhkəmə Hakimiyyətinin Müstəqilliyinin Prinsiplərinə dair Bəyannaməyə dəyişikliklərin edilməsi haqqında təkliflər hazırlanmışdır.
Göstərilən platformalarda paylaş: