ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Şəlalə Məmmədovanın 60 illik yubileyi qeyd edilmişdir

20.06.2012, 12:35
Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Şəlalə Məmmədovanın 60 illik yubileyi qeyd edilmişdir
Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Şəlalə Məmmədovanın 60 illik yubileyi qeyd edilmişdir

  2012-ci il iyunun 20-də  Ali Məhkəmədə  Mülki Kollegiyanın sədri Şəlalə Məmmədovanın 60 illik yubileyi münasibətilə yığıncaq keçirilmişdir.

 Yığıncağı giriş sözü ilə açan Ali Məhkəmənin sədri Ramiz Rzayev  əməkdar hüquqşünas Şəlalə Məmmədovanın keçdiyi şərəfli ömür yolundan danışmış, onun fəaliyyətinin  gənc hakimlərə örnək olduğunu qeyd etmişdir.

 Çıxış edənlər yubilyarı 60 illik yubileyi münasibətilə təbrik etmiş, ona cansağlığı və fəaliyyətndə uğurlar arzulamışlar.

   Şəlalə Məmmədova əməyinə verdiyi  yüksək qiymətə  - “Şöhrət” ordeni ilə təltif  etdiyinə  görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirmiş, ona verilən bu mükafatı Azərbaycan məhkəmə sisteminin fəaliyyətinə  verilən mükafat kimi dəyərləndirmişdir.