ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev Albaniya Respublikası Ali Məhkəməsinin 110 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak edib

12.05.2023, 15:18

9-11 may 2023-cü il tarixlərində Albaniya Respublikası Ali Məhkəməsinin 110 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının sədri Sənan Hacıyev Albaniya Respublikasında səfərdə olub. 

Tədbir çərçivəsində mayın 10-da Tirana şəhərində “Ali Məhkəmənin məhkəmə təcrübəsi, milli kimlikdən universal dəyərlərə doğru” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Albaniya Respublikasının Prezidenti Bayram Begay, Ali Məhkəmənin sədri vəzifəsini icra edən Sokol Saduşi, Ali Məhkəmə Şurasının sədri Naureda Ligami, Konstitusiya Məhkəməsinin sədri Holta Zaçaj, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Darian Pavli, bir sıra Avropa dövlətlərin Ali Məhkəmələrinin rəhbər şəxsləri, hakimləri, xarici dövlətlərin Albaniya Respublikasındakı səfirləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. 

Konfransda daxili məhkəmə mədəniyyətinin formalaşmasında məhkəmə təcrübəsinin rolu, beynəlxalq standartların Ali Məhkəmələrin məhkəmə təcrübəsinə təsiri, ədalət mühakiməsinin həyata keçirilməsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Avropa İttifaqının Ədalət Məhkəməsinin qərarlarının milli məhkəmə təcrübəsinə təsiri mövzusunda təşkil olunan panellərdə çıxışlar edilib, müzakirələr aparılıb.