ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmənin sədr müavini Belarus Respublikasında səfərdə olub

17.04.2023, 12:36

2023-cü il aprelin 13-14-də Belarus Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov Minsk şəhərində səfərdə olub.

Ali Məhkəmənin sədr müavini əvvəlcə ölkəmizin Belarus Respublikasındakı səfirliyini ziyarət edib, Azərbaycan Respublikasının Belarus Respublikasında səfiri Ülvi Baxşəliyevlə birlikdə səfirliyin inzibati binasının foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyaraq, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib.

Növbəti gün Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya və Tacikistandan olan Ali Məhkəmələrin nümayəndə heyətlərini qəbul edib. Görüşdə məhkəmə sahəsində dövlətlərarası əməkdaşlığın və qarşılıqlı təcrübə mübadiləsinin önəmi vurğulanıb.

Görüşdə çıxış edən Çingiz Əsgərov Azərbaycanda məhkəmə-hüquq islahatlarının davamlı proses olduğunu qeyd edərək, bu prosesin bünövrəsinin Ulu Öndər Heydər Əliyev tərəfindən salınması, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan köklü islahatlar, qanunvericiliyə edilən çoxsaylı dəyişikliklər, Ali Məhkəmədə aparılan struktur islahatları, vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi rəqəmsallaşma və süni intellektin məhkəmə sisteminə inteqrasiyası istiqamətində fəal işlər aparır.

Sonra Belarus Respublikası Ali Məhkəməsinin 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbir iştirakçılarının diqqətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimovun təbrik məktubu təqdim edilib.

Səfər çərçivəsində Belarus Respublikası Ali Məhkəməsinin sədri Valentin Sukalo, habelə digər dövlətlərin Ali məhkəmələrinin rəhbərləri ilə aparılmış söhbətlər zamanı ölkələr arasında hüquqi əməkdaşlığın hazırki vəziyyəti və gələcək perspektivləri müzakirə olunub, Ali məhkəmələr arasında əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.