Ali Məhkəmənin nümayəndə heyəti Türkiyədə səfərdə olub
03.09.2024, 15:452024-cü il sentyabrın 2-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov və Aparatın Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mirtağı Qəndilov Türkiyə Respublikasının Ankara şəhərində keçirilən "2024-2025-ci Ədliyyə ili"nin açılış mərasimində iştirak ediblər.
Mərasimdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ali Məhkəmənin sədri Ömer Kerkez, Baş prokuror Muhsin Şentürk və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbir çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərovu və Baş prokurorun müavini Heydər Məmmədovu qəbul edib.
Səfər zamanı Çingiz Əsgərov bir sıra ikitərəfli görüşlər də keçirib, Azərbaycan və Türkiyə məhkəmə sistemləri arasında əlaqələrin daha da gücləndirilməsi istiqamətində atılan addımlar barədə müzakirələr aparıb.
Göstərilən platformalarda paylaş: