ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmənin sədri cənab Ramiz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti Avropa ölkələrinin Ali Məhkəmə sədrlərinin Beynəlxalq Konfransında iştirak edir.

12.10.2015, 12:35

     Ali Məhkəmənin sədri cənab Ramiz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 11-14 oktyabr tarixlərində Xorvatiya Respublikasında keçirilən Avropa ölkələrinin Ali Məhkəmə sədrlərinin Beynəlxalq Konfransında iştirak edir. 

     Tədbirdə Avropa ölkələrinin məhkəmə sistemində edilən dəyişikliklər, məhkəmə prosesində gecikmələr, məhkəmələrin səmərəliliyinin artırılması, mübahisələrin alternativ yolla həlli və digər məsələlərlə yanaşı məhkəmə hakimiyyətinin müstəqillik prinsiplərinə dair bəyannaməsinin müzakirəsi keçirilir.

     Cənab Ramiz Rzayev ilk iclasda çıxış edərək, konfrans iştirakçılarına Azərbaycan Respublikasının məhkəmə sistemində son illərdə həyata keçirilən islahatlara və bununla bağlı nailiyyətlərə dair geniş məlumat vermişdir.