Ali Məhkəmənin sədri İstanbulda Türkdilli Ölkələrin Məhkəmə Şuralarının iclasında çıxış etmişdir
22.12.2015, 12:35Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev 2015-ci il dekabrın 22-də İstanbulda öz işinə başlayan Türkdilli Ölkələrin Məhkəmə Şuralarının İclasında məruzə ilə çıxış etmişdir. Ali Məhkəmənin sədri Azərbaycanda məhkəmə sistemi, Məhkəmə- Hüquq Şurasının fəaliyyəti, hakimlərin seçilməsi qaydaları və s. haqqında danışmışdır.
Türkiyə Hakimlər və Prokurorlar Ali Şurasının təşkilatçılığı ilə keçirilən iclas sabah, dekabrın 23-də öz işini davam etdirəcək.
Göstərilən platformalarda paylaş: