ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmənin sədri Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan beynəlxalq konfransda iştirak edib

04.07.2023, 16:34

Bakıda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilib. 

Konfransı açıq elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Konstitusiya Məhkəməsinin 25 illiyi ilə əlaqədar ünvanladığı təbrik məktubunu səsləndirib. 

Fərhad Abdullayev vurğulayıb ki, insan hüquq və azadlıqlarının müdafiəsini dövlətin ali məqsədi elan etmiş Konstitusiyanın aliliyinin təmin edilməsi, əsas Qanunda təsbit olunmuş insan hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiə olunması məqsədilə 14 iyul 1998-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılıb. Qeyd edilib ki, məhkəmə keçən dövr ərzində hüquq və azadlıqların müdafiəsi üzrə fəaliyyətini daim təkmilləşdirib. 

Konfransda iştirak edən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov çıxış edərək, öncə Konstitusiya Məhkəməsinin 25 illiyi münasibətilə başda sədr Fərhad Abdullayev olmaqla, bütün hakimlərini və əməkdaşlarını təbrik edib. İnam Kərimov bildirib ki, müstəqil Azərbaycan Respublikasının qurucusu, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, hüquqi dövlət quruculuğu istiqamətində də önəmli işlər həyata keçirilib. Aparılan institusional və qanunvericilik islahatları ilə dövlətin siyasi, hüquqi və iqtisadi inkişafının əsası qoyulub, bu islahatların təməlində isə 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının yeni Konstitusiyası dayanıb. Konstitusiya Məhkəməsinin yaradılmasının hüquqi dövlət quruculuğunun inkişafına təkan verən mühüm addım olduğunu vurğulayan Ali Məhkəmənin sədri bildirib ki, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının aliliyini qorumaqla, ölkədə demokratik təsisatların, konstitusionalizmin, insan hüquq və azadlıqlarının keşikçisi rolunu oynayır. 

Sədr qeyd edib ki, Konstitusiya Məhkəməsi səlahiyyət və vəzifələrinin əsasını təşkil edən Konstitusiyanın və qanunların şərhi ilə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində fəaliyyətinə öz müsbət təsirini göstərməkdədir. 

Konfransda, həmçinin Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Hüseynli, ədliyyə naziri Fikrət Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva və Vəkillər Kollegiyasının sədri Anar Bağırov və Baş prokurorun müavini Heydər Məmmədov təbrik nitqləri ilə çıxış ediblər.