Ali Məhkəmənin sədri Monteneqroda rəsmi səfərdə olmuşdur
26.06.2016, 12:35Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti 2016-cı il iyunun 23-dən 26-dək Monteneqro Respublikasında rəsmi səfərdə olmuşdur.
Ali Məhkəmənin sədrini Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviç qəbul etmişdir. Söhbət zamanı iki ölkə arasnda siyasi, iqtisadi və mədəni əlaqələrin, eyni zamanda məhkəmə hüquq .sistemlərinin qarşılıqlı münüsibətlərinin yüksələn xətlə inkişaf etdiyi vurğulanmışdır.
Ali Məhkəmənin sədri Monteneqro Ali Məhkəməsinin sədri xanım Vesna Medenisa ilə, Məhkəmə Şurasının sədri, professor doktor Mladen Vudçeviçlə, Baş nazirin müavini Duşko Markoviçlə keçirdiyi rəsmi görüşlərdə Azərbaycanla Monteneqronun məhkəmə hüquq sistemləri arasında əməkdaşlıq əlaqələrindən və bu əlaqələrin daha da genişləndirilməsi zərurətindən danışmışdır.
Göstərilən platformalarda paylaş: