ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmənin sədri Ramiz Rzayev Avropa Şurası (AŞ) katibliyinin Siyasi məsələlər direktoratlığının rəhbəri Aleksandr Qesselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

06.05.2019, 12:35
Ali Məhkəmənin sədri Ramiz Rzayev Avropa Şurası (AŞ) katibliyinin Siyasi məsələlər direktoratlığının rəhbəri Aleksandr Qesselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür
Ali Məhkəmənin sədri Ramiz Rzayev Avropa Şurası (AŞ) katibliyinin Siyasi məsələlər direktoratlığının rəhbəri Aleksandr Qesselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

         2019-cu il mayın 6-da Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycanın Avropa Şurasına (AŞ) üzv qəbul olunduqdan sonra üzərinə götürdüyü öhdəliklərin icrası vəziyyətini öyrənmək məqsədilə ölkəmizdə səfərdə olan AŞ katibliyinin Siyasi məsələlər direktorlığının rəhbəri Aleksandr Qesselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

          Görüşdə Ali Məhkəmənin sədri öhdəliklərin icrası üzrə görülmüş işlərdən, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan islahatlardan, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun öyrənilməsindən və tətbiqindən danışmışdır.

         Ali Məhkəmənin sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanının əhəmiyyətini qeyd etmiş, Fərmanda məhkəmə-hüquq sisteminin bütün sahələrini əhatə edən fəaliyyət istiqamətləri müəyyən edilməklə yanaşı, Ali Məhkəməyə məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün ciddi tədbirlərin görülməsi, ədalət mühakiməsinin keyfiyyətinin artırılması məqsədilə məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində fəaliyyətinin gücləndirilməsi, həmçinin məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində müəyyən edilmiş sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması üçün müvafiq mexanizmlərin işlənib hazırlanmasına dair tapşırıqlar verildiyini bildirmişdir.

         Aleksandr Qessel məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatları yüksək dəyərləndirmiş, ölkəmizlə Avropa Şurası arasında əlaqələrin böyük əhəmiyyət daşıdığını və bu əlaqələrin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.

         Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

         Görüşdə  ölkəmizin AŞ yanındakı daimi nümayəndəsi Fəxrəddin İsmayılov iştirak etmişdir.