Ali Məhkəmənin sədri Serbiyada səfərdədir
20.06.2016, 12:35Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti 2016-cı il iyunun 20-22-də Belqradda keçirilən Mərkəzi və Şərqi Avropa Ali Məhkəmə Sədrlərinin Beynəlxalq Konfransında iştirak etmək Serbiya Respublikasına gəlmişdir.
İyunun 20-də Serbiya Sarayında Beynəlxalq Konfransın təntənəli açılış mərasimi olmuşdur. Açılış mərasimindən sonra müxtəlif mövzuları əhatə edən iclaslar keçirilmiş və müzakirələr aparılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev “Ali Məhkəmələrin ədalət mühakiməsinin həyata keçirilməsində rolu” mövzusunda çıxış etmişdir. O, Azərbaycanın qanunvericilik sistemindən və Ali Məhkəmənin təcrübəsindən danışmışdır.
Beynəlxalq Konfrans öz işini davam etdirir.
Göstərilən platformalarda paylaş: