Ali Məhkəmənin sədri Strasburqda səfərdə olmuşdur
31.01.2020, 15:00Ali Məhkəmənin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti 2020-ci il yanvar ayının 31-də Avropa İnsan Hüquqları Məhkəməsinin dəvətinə əsasən yüksək məhkəmə orqanlarının sədr və hakimlərinin iştirakı ilə Fransanın Strasburq şəhərində məhkəmə ilinin açılışına həsr olunmuş təntənəli tədbirdə və “Avropa İnsan Hüquqları Konvensiyası: canlı alət 70-ci ildönümündə” mövzusunda keçirilən iclasda iştirak etmişdir.
İclasdan sonra məhkəmə ilinin açılışına həsr olunmuş təntənəli tədbir keçirilmişdir. Tədbirdə geniş iştirakçı auditoriyası qarşısında Avropa Məhkəməsinin sədri Linos-Aleksandr Sisilianos və İrlandiya Ali Məhkəməsinin sədri Frank Klark çıxış etmişlər.
Ali Məhkəmənin sədri həmkarları ilə görüşlər zamanı bir sıra məsələrə dair fikir mübadiləsi aparmışdır.
Səfər çərçivəsində Ali Məhkəmənin sədri Ramiz Rzayev Avropa Şurasının İnsan hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktoratlığının rəhbəri Xristos Ciakomoupoulosla görüşmüşdür.
Səmərəli fikir mübadiləsi şəraitində keçən görüşdə insan haqlarının təmin olunması ilə bağlı müzakirələr aparılmışdır.
Göstərilən platformalarda paylaş: