ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmənin sədri Strasburqda səfərdə olmuşdur

02.02.2016, 12:35
Ali Məhkəmənin sədri Strasburqda səfərdə olmuşdur
Ali Məhkəmənin sədri Strasburqda səfərdə olmuşdur

        Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev 2016-cı il yanvarın 29-da Fransanın Strasburq şəhərində məhkəmə ilinin açılışına həsr olunmuş təntənəli tədbirdə və “Beynəlxalq və yerli məhkəmələr insan hüquqlarının irimiqyaslı pozulmalarına qarşı” mövzusunda keçirilən seminarda iştirak etmişdir.

            Seminarda “Soyqırım, insanlığa qarşı cinayətlər və hərbi cinayətlər” və “Terrorizm” mövzularında məruzələr dinlənilmişdir. Məruzələr ətrafında geniş müzakirələr və diskussiyalar aparılmışdır. Ali Məhkəmənin sədri  seminarda iştirak edən müxtəlif ölkələrin məhkəmə sədrləri ilə söhbətlərində Azərbaycanın məhkəmə sistemi haqqında məlumat vermiş, Ermənistan tərəfindən soyqırıma, hərbi cinayətlərə və terrora məruz qalmış ölkə kimi müzakirə olunan məsələlərlə əlaqədar Azərbaycan xalqının və dövlətinin mövqeyini bildirmişdir.