ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmənin sədri Strasburqda səfərdə olmuşdur

26.01.2018, 12:35
Ali Məhkəmənin sədri Strasburqda səfərdə olmuşdur
Ali Məhkəmənin sədri Strasburqda səfərdə olmuşdur

       Ali Məhkəmənin sədri Ramiz Rzayev 2018-ci il yanvar ayının 26-da Fransanın Strasburq şəhərində Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmə ilinin açılmasına həsr olunmuş təntənəli tədbirdə və “Məhkəmə hakimiyyətinin nüfuzu” mövzusunda keçirilən iclasda iştirak etmişdir.

       Tədbir zamanı məruzələr ətrafında geniş müzakirələr və diskussiyalar aparılmış, verilən suallar cavablandırılmışdır.

       İclasın sonunda Yüksək Məhkəmələrin şəbəkəsi barədə məlumatlar təqdim edilmişdir.      

        İclasdan sonra məhkəmə ilinin açılışına həsr olunmuş təntənəli tədbir keçirilmişdir. Tədbirdə geniş iştirakçı auditoriyası qarşısında Avropa Məhkəməsinin sədri Guido Raimondi və Avropa İttifaqı Ədalət Məhkəməsinin sədri Kun Lenarts çıxış etmişlər.

        Ali Məhkəmənin sədri həmkarları ilə görüşlər zamanı bir sıra məsələrə dair fikir mübadiləsi aparmışdır.