Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının kollektivi Ulu Öndərin xatirəsini yad edib
12.12.2025, 17:322025-ci il dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Fəxri xiyabanı ziyarət edib.
Ulu Öndərin abidəsi önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla yad olunub.
Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi hörmətlə anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.
Göstərilən platformalarda paylaş: