ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəməsində ABŞ Dövlət Departamentinin İnsan Alverinin Monitorinqi və Mübarizəsi üzrə Ofisinin əməkdaşı cənab Atsuki Takahaşi, ABŞ səfirinin Siyasi İşlər üzrə Müşaviri cənab Vilyam Solley və siyasi işlər üzrə köməkçisi xanım Nigar Hüseynova ilə görüş

19.09.2019, 12:35
Ali Məhkəməsində ABŞ Dövlət Departamentinin İnsan Alverinin Monitorinqi və Mübarizəsi üzrə Ofisinin əməkdaşı cənab Atsuki Takahaşi, ABŞ səfirinin Siyasi İşlər üzrə Müşaviri cənab Vilyam Solley və siyasi işlər üzrə köməkçisi xanım Nigar Hüseynova ilə görüş
Ali Məhkəməsində ABŞ Dövlət Departamentinin İnsan Alverinin Monitorinqi və Mübarizəsi üzrə Ofisinin əməkdaşı cənab Atsuki Takahaşi, ABŞ səfirinin Siyasi İşlər üzrə Müşaviri cənab Vilyam Solley və siyasi işlər üzrə köməkçisi xanım Nigar Hüseynova ilə görüş

       19.09.2019-cu il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsində ABŞ Dövlət Departamentinin İnsan Alverinin Monitorinqi və Mübarizəsi üzrə Ofisinin əməkdaşı cənab Atsuki Takahaşi, ABŞ səfirinin Siyasi İşlər üzrə Müşaviri cənab Vilyam Solley və siyasi işlər üzrə köməkçisi xanım Nigar Hüseynova ilə görüş olmuşdur.

       Qonaqları Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri Əziz Seyidov qəbul etmişdir. Görüşdə Azərbaycan Respublikasının 2000-ci il dekabrın 12-də BMT-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiya, onu tamamlayan İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında Protokolu imzalamasını və həmin Protokolun Azərbaycana münasibətdə 2003-cü ildə qüvvəyə minməsini, Azərbaycan Respublikası Prezidentinin 6 may 2004-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi barədə məlumat vermişdir. Milli Fəaliyyət Planının iştirakçılarının insan alverinə qarşı mübarizədə fəaliyyətinin Milli Əlaqələndirici tərəfindən əlaqələndirilməsi məqsədilə qurumlararası İşçi Qrupu yaradılmışdır. Fəaliyyət Planına əsasən, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini Milli Əlaqələndirici təyin edilmiş və DİN-də İnsan Alverinə qarşı Mübarizə İdarəsi yaradılmışdır. İlk Milli Fəaliyyət Planının qəbul edilməsi 28 iyun 2005-ci il tarixində “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsinə səbəb olmuş və beləliklə də 30 sentyabr 2005-ci il tarixdə qəbul edilmiş digər Qanunla insan alveri əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1-ci maddəsində müstəqil cinayət növü kimi təsbit edilmişdir. Hazırki dövrədək Azərbaycan Respublikasında insan alverinə dair 3 Milli Fəaliyyət Planı təsdiq olunmuş və icrası uğurla başa çatdırılmışdır.

     Bu növ cinayətlərlə mübarizədə beynəlxalq əməkdaşlığın səmərəliliyinin artırılmasının vacibliyi nəzərə alınmaqla ABŞ daxil olmaqla bir sıra ölkələrin müvafiq qurumları, eləcə də BMT, ATƏT, Beynəlxalq Miqrasiya Təşkilatı, İnterpol ilə əməkdaşlıq əlaqələri qurulmuşdur.

    Atsuki Takahaşi və ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi Vilyam Solley qeyd edib ki, ABŞ çox ölkələrdə və regionlarda cinayətin bu kateqoriyası ilə əlaqəli ciddi müşahidələr aparır və bu cinayətləri qətl hadisəsi cəzaları ilə bərabərləşdirir. Onlar əminliklə ifadə etdilər ki, ABŞ bundan sonra da Azərbaycanda polis, prokurorluq və məhkəmə işçiləri üçün hər cür təlimlərin təşkilində, insan alveriylə mübarizənin keyfiyyətinin artırılması üçün öz köməyliyini göstərəcək, o həmçinin qəbula və məzmunlu söhbətə görə öz təşəkkürünü bildirmişdi.

      Sonda Ali Məhkəmənin Hərbi Kollegiyasının Sədri Əziz Seyidov qonağa Ali Məhkəmənin xatirə suveniri təqdim etmiş və insan alveriylə mübarizənin gücləndirilməsində iki ölkənin sonrakı kooperasiyasının davamı haqqında əminliyini ifadə etmişdi.