ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəməsinin sədri Ramiz Rzayev ATƏT-in Demokratik İslahatlar və İH Ofisinin Azərbaycanda keçiriləcək Prezident seçkisi ilə bağlı müşahidəçilik missiyasını həyata keçirən qrupun rəhbəri Boris Frleçin ilə görüşmüşdür.

08.09.2008, 12:35

Ölkəmizdə səfərdə olan ATƏT-in Demokratik İslahatlar və İnsan Hüquqları Ofisinin Azərbaycanda keçiriləcək Prezident seçkisi ilə bağlı müşahidəçilik missiyasını həyata keçirən qrupun rəhbəri səfir Boris Frleçin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevlə görüşmüşdür.
 
Hörmətli qonaqları Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirən Ali Məhkəmənin sədri məhkəmə sisteminin müasirləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, qanunun aliliyinin təmin olunması sahəsində görülən işlər barəsində məlumat vermiş, bütün bunların insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət etdiyini vurğulamışdır.
 
Ali Məhkəmənin sədri bu il oktyabrın 15-də Azərbaycanda keçiriləcək Prezident seçkisinin demokratik keçiriləcəyinə diqqəti cəlb edərək qeyd etmişdir ki, seçki günü məhkəmələrə müraciət edən hər hansı seçicinin irad və təklifinə, şikayətinə həssaslıqla yanaşılacaq.
 
Səfir Boris Frleç səmimi görüşə görə təşəkkür etmiş, Azərbaycana Prezident seçkisi prosesini izləmək üçün gəldiklərini bildirmişdir.
 
Nümayəndə heyətinin rəhbəri oktyabr ayının axırına kimi Azərbaycanda olacaqlarını və bu müddət ərzində Ali Məhkəmə ilə sıx əlaqə saxlayacaqlarını qeyd etmişdir. Səfir Boris Frleç Prezident seçkisinə hazırlıqla və seçkinin nəticəsi ilə bağlı hesabatlar hazırlayacaqlarını nəzərə çatdırmışdır.
 
Səmərəli fikir mübadiləsi şəraitində keçən görüşdə insan hüquqlarının təmin olunması və Prezident seçkisi ilə bağlı faydalı müzakirələr aparılmışdır.