ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Almaniyalı hakimlərin iştirakı ilə seminarlar keçirilmişdir

23.11.2012, 12:35
Almaniyalı hakimlərin iştirakı ilə seminarlar keçirilmişdir
Almaniyalı hakimlərin iştirakı ilə seminarlar keçirilmişdir

    2012-ci il noyabrın 23-də Azərbaycanda “İnzibati icraat haqqında Qanunun və İnzibati Prosessual Məcəllənin tətbiqi ilə bağlı təşkil olunan seminarlarda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Almaniyanın Baden-Vürttemberq Yuxarı İnzibati Məhkəməsinin sədri Folker Ellenberqerin başçılıq etdiyi  nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

     Ali Məhkəmənin sədri almaniyalı hakimləri Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə etmiş, respublikamızda yaradılan inzibati məhkəmələrin fəaliyyətinin ictimaiyyət tərəfindən müsbət qarşılandığını bildirmişdir. Ali Məhkəmənin sədri inzibati məhkəmələrin yaradılmasından ötən  iki il ərzində  fəaliyyətləri barədə almaniyalı hakimlərə məlumat vermişdir. Bu sahədə almaniyalı həmkarlarımızla intensivləşən təcrübə mübadiləsindən Azərbaycan hakimlərinin bəhrələndiklərini vurğulamışdır.

     Almaniyanın Baden-Vürttemberq Yuxarı İnzibati Məhkəməsinin sədri Folker Ellenberqer Robert Bosş fondunun maliyyə dəstəyi ilə keçirilən bu seminarların  “İnzibati icraat haqqında Qanunun və İnzibati Prosessual Məcəllənin tətbiqi ilə əlaqədar qarşıya çıxan problemlərin aradan qaldırılmasına xidmət etdiyini qeyd etmişdir. Almaniyalı qonaq analoji seminarların Bakı və Sumqayıt Apellyasiya Məhkəmələrinin İnzibati İqtisad Kollegiyalarının, İnzibati İqtisad Məhkəmələrinin, habelə Şəki, Şirvan Apellyasiya Məhkəmələri hakimlərinin iştirakı ilə keçirildiyini bildirmişdir.

     Almaniyalı hakimlər Bakı şəhər Yasamal Rayon Məhkəməsinin yeni binası ilə  tanış olduqlarını və burada tətbiq edilən texnologiyanın müasir tələblərə cavab verdiyini vurğulamışlar.

    Gorüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına göstərdikləri xüsusi dəstəyə görə almaniyalı hakimlərə təşəkkürünü bildirmiş, gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

     Qonaqlar Ali Məhkəmənin inzibati binasını gəzmiş, hakimlərin iş şəraiti ilə tanış olmuş, məhkəmə tarixi muzeyinə baxmışlar.

     Almaniyalı hakimlər Ali Məhkəmənin İnzibati İqtisad Kollegiyasının hakimlərinin iştirakı ilə seminar keçirmişlər.