ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəşiləri Ali Məhkəmədə olmuşlar

12.06.2012, 12:35
AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəşiləri Ali Məhkəmədə olmuşlar
AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəşiləri Ali Məhkəmədə olmuşlar
2012-ci il iyunun 12-də ölkəmizdə səfərdə olan   Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Avropa Şurasına Üzv Dövlətlər Tərəfindən Öhdəliklərin yerinə Yetirilməsi üzrə Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Cozef Debono Qrex,  Pedro Aqramunt Fond de Mora və Monitorinq Komitəsi katibliyi rəhbərinin müavini xanım Aqnieşka Naçilo Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşlər.
 
Görüşdə Ali Məhkəmənin sədri qeyd etmişdir ki, Azərbaycan məhkəmə sistemi Avropa məhkəmə sistemi olaraq fəaliyyət göstərir.  Ali Məhkəmədə mütəmadi keçirilən seminarlarda beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının  presedent hüququ öyrənilir. Əsas insan amilidir. “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nin yerinə yetirilməsi ilə əlaqədar konkret tədbirlər görülür. Çalışırıq ki, qəbul edilən qərarlar ədalətli olsun, vahid təcrübəyə əsaslansın. Məhkəmə prosesində ən yeni informasiya texnologiyalarından istifadə olunur.
 
Görüşdə Ali Məhkəmənin sədri Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərini maraqlandıran suallara ətraflı cavablar vermişdir.
Görüşün sonunda Ali Məhkəmənin sədri faydalı fikir mübadiləsinə görə Monitorinq Komitəsinin həmməruzəçilərinə təşəkkürünü bildirmişdir.