ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AŞPA-nın Monitorinq Komitəsinin həmsədrləri Ali Məhkəmədə olmuşlar

21.05.2014, 12:35
AŞPA-nın Monitorinq Komitəsinin həmsədrləri Ali Məhkəmədə olmuşlar
AŞPA-nın Monitorinq Komitəsinin həmsədrləri Ali Məhkəmədə olmuşlar
          2014-cü il mayın 21-də ölkəmizdə səfərdə olan   Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Avropa Şurasına Üzv Dövlətlər Tərəfindən Öhdəliklərin yerinə Yetirilməsi üzrə Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Cozef Debono Qrex,  Pedro Aqramunt Fond de Mora və Monitorinq Komitəsi katibliyinin rəhbəri  xanım Karolin Bravo Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşlər.
 
        Görüşdə Monitorinq Komitəsi həmməruzəçilərinin hazırladıqları hesabatla başlı geniş fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.  
 
        Görüşün sonunda Ali Məhkəmənin sədri faydalı fikir mübadiləsinə görə Monitorinq Komitəsinin həmməruzəçilərinə təşəkkürünü bildirmişdir.