ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Avorpa Şurası İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə baş direktoru Ali Məkləmənin sədri ilə görüşmüdür

24.05.2010, 12:35
Avorpa Şurası İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə baş direktoru Ali Məkləmənin sədri ilə görüşmüdür
Avorpa Şurası İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə baş direktoru Ali Məkləmənin sədri ilə görüşmüdür

2010-cu il mayın 24-də ölkəmizdə səfərdə olan Avropa Şurası İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə baş direktoru Filip Buoya Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

Görüşdə  Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə  qonağa ətraflı məlumat vermişdir. Ali Məhkəmənin sədri İnsan Hüquqlqrı üzrə Avropa Məhkəməsi ilə işgüzar əlaqələrdən,  İnsan Hüquqları üzrə Avropa Konvensiyasının müddəalarının tətbiqindən, Avropa Birliyinin üzvü olan ölkələrlə məhkəmə-hüquq  sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyindən danışmış, bu ilin fevral ayında Avropa Şurası Nazirlər Komitəsuində  İsveçrə Konfedersiyasının sədrliyi ilə bu ölkənin İnterlaken şəhərində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin gələcəyinə dair keçirilən konfransın nəticələri barədə fikir mübadiləsi aparmışdır.

Avropa Şurası İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə baş direktoru Filip Buoya Avropa Məhkəməsinin presedent hüquqlarının ardıcıllığından, İnterlaken konfransında qəbul edilmiş  Avropa və yerli səviyyələrdə tədbirlərə dair fəaliyyət planını əhatə edən Siyasi Bəyannamənin icrasından və əhəmiyyətindən, birgə treyninq və konfransların keçirilməsi zərurətindən söz açmışdır. Filip Buoya  Azərbaycanda məhkəmələrin müstəqilliyi, səlahiyyətləri ilə əlaqədar yaradılan şəraitlə, məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərlə maraqlanmış, qarşılıqlı əlaqələrin davam etdiriləcəyini vurğulamışdır.

Qonaq Ali Məhkəmənin yüksək statusuna uyğun inzibati binasını gəzmiş, məhkəmə tarixi müzeyinə baxmış, hakimlərin iş şəraiti ilə tanış olmuşdur. Bu tanışlıqdan məmnun qaldığını bildirmişdir.

Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiyinə görə Avropa Şurası İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə baş direktoru Filip Buoyaya təşəkkürünü bildirmişdir.