Avropa İnsan Hüquqları Məhkəməsinin Yuxarı Məhkəmələr Şəbəkəsinin 2-ci Forumu
08.06.2018, 12:352018-ci il iyunun 8-də Avropa İnsan Hüquqları Məhkəməsində (Strasburq, Fransa) Yuxarı Məhkəmələr Şəbəkəsi əlaqələndirici şəxslərinin 2-ci Forumu keçirilmişdir. Forumda 35 ölkədən olan 60-dan çox nümayəndə iştirak etmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsini əlaqələndirici şəxsi, İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva təmsil etmişdir.
Tədbiri giriş sözü ilə açan Avropa Məhkəməsinin sədri Gvido Raymondi Şəbəkənin yaranması, inkişafı və perspektivi haqqında danışmışdır.
Forumda Konvensiyaya dair 16-cı Protokolun qüvvəyə minməsi və onun tətbiqi müzakirə edilmiş, müəyyən presedentlərə nəzər salınmış və Şəbəkənin inkişafına dair işçı qrupların mülahizələri dinlənilmişdir.
Göstərilən platformalarda paylaş: