Avropa Şurası Bakı Ofisinin rəhbəri Ali Məhkəmənin sədri ilə görüşmüşdür
17.05.2010, 12:352010-cu il mayın 17-də Avropa Şurası Bakı Ofisinin rəhbəri Veronika Kotek Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
Görüşdə Ali Məhkəmənin sədri İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə işgüzar əlaqələrdən, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının öyrənilməsindən və tətbiqindən, Avropa Şurasının üzvü olan ölkələrlə məhkəmə hüquq sahəsində əməkdaşlığın genişləndirilməsindən danışmışdır.
Avropa Şurası Bakı Ofisinin rəhbəri Veronika Kotek Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərlə maraqlanmış, qarşılıqlı əlaqələrin davam etdiriləcəyini vurğulamışdır.
Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiyinə görə xanım Veronika Kotekə təşəkkürünü bildirmiş və işlərində uğurlar arzulamışdır.
Göstərilən platformalarda paylaş: