Avropa Şurasının İnsan Hüquqları siyasəti və İnkişaf Departamentinin rəhbəri Ali Məhkəmənin sədri ilə görüşmüşdür
14.02.2018, 12:35Avropa Şurasının ABŞ Dövlət Departamentinin Beynəlxalq narkotik və hüquq mühafizə məsələləri üzrə bürosu (İNL) tərəfindən maliyyələşdirilən, “Azərbaycanda ədliyyə islahatlarına dair təşəbbüslərə dəstək” adlı yeni layihəsi ilə bağlı əməkdaşlığı müzakirə etmək məqsədilə Avropa Şurasının İnsan Hüquqları və İnkişaf Departamentinin rəhbəri Mixail Lobov Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
Görüşdə əməkdaşlığı daha da genişləndirmək üçün qarşılıqlı fikir mübadiləsi aparılmışdır.
Göstərilən platformalarda paylaş: