ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Prezidenti İlham Əliyev bp şirkətinin icraçı vitse-prezidenti Endi İnqlisi qəbul etmişdir

19.08.2008, 12:35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da bp şirkətinin icraçı vitse-prezidenti Endi İnqlisi qəbul etmişdir.
 
Cənab İnqlis son günlər bölgədə böhranlı vəziyyətə baxmayaraq, bp ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında zərərlərin minimuma endirilməsi istiqamətində dənizdə hasilatla bağlı əməkdaşlığın uğurla davam etdirildiyini vurğuladı. Eyni zamanda, o, Azərbaycanda qış mövsümü üçün qaz ehtiyatının təmin olunmasının da önəmli hal olduğunu bildirdi.
 
Dövlətimizin başçısı dedi ki, bütün bunlar hətta böhranlı vəziyyətlərdə belə Azərbaycanla bp arasında uğurlu əməkdaşlığın həyata keçirilməsinin mümkünlüyünü göstərir. Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, bp ilə əməkdaşlığın bundan sonra da genişləndirilməsi planlaşdırılan layihələrin həyata keçirilməsi üçün yaxşı zəmin yaradacaqdır.