ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Prezidenti İlham Əliyev Misirin ölkəmizdəki səfiri Yusif Əhməd İbrahim əl-Şarkavini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

19.08.2008, 12:35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Misirin ölkəmizdəki səfiri Yusif Əhməd İbrahim əl-Şarkavini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
 
Səfir Misir-Azərbaycan münasibətlərinin son illər uğurla inkişaf etdiyini vurğulayaraq, ölkəmizdəki fəaliyyəti müddətində göstərilən diqqətə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
 
Misirə yüksək səviyyəli səfərini məmnunluqla xatırladan dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin yaxşı səviyyədə olduğunu dedi. Prezident İlham Əliyev səfirin diplomatik fəaliyyəti dövründə qarşılıqlı əlaqələrin daha da möhkəmləndiyini və onun münasibətlərin inkişaf etdirilməsinə töhfə verdiyini vurğuladı. Dövlətimizin başçısı iki ölkənin əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminliyini bildirdi.