ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında

29.10.2007, 11:28
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında

PDF Word

AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİ PLENUMUNUN BƏZİ QƏRARLARININ QÜVVƏDƏN DÜŞMÜŞ HESAB EDİLMƏSİ HAQQINDA

Plenumun 2007-ci il 29 oktyabr tarixli

3 №-li qərarı

Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsi ilə əlaqədar olaraq ölkədə yaranmış yeni ictimai və iqtisadi münasibətləri özündə əks etdirən, habelə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi ilə bağlı müxtəlif qanunvericilik aktları qəbul edilmiş, məhkəmə-hüquq islahatı həyata keçirilmişdir.

Yeni qanunların qəbul edilməsi, məhkəmə-hüquq islahatının həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qanunvericiliyin tətbiqi ilə bağlı məhkəmələrə verdiyi bir sıra izahlar öz praktiki əhəmiyyətini itirmişdir. Ona görə də həmin qərarlar qüvvədən düşmüş hesab olunmalıdır.

Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu

qərara alır:

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun aşağıdakı qərarlan qüvvədən düşmüş hesab edilsin:

1. «Məhkəmələr tərəfindən qısa müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməsi üzrə məhkəmə təcrübəsi haqqında» 1963-cü il 31 iyul tarixli;

2. «Yerli adətlərin qalıqlarını təşkil edən cinayətlər barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» 1963-cü il 4 noyabr tarixli;

3. «Bədənə ağır xəsarət yetirilməsinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 1967-ci il 18 iyul tarixli;

4. «Valideynlik hüquqlarından məhrum etmə və uşaqların tərbiyə edilməsi hüquqları barədə mübahisələr üzrə məhkəmə təcrübəsi haqqında» 1976-cı il 29 dekabr tarixli;

5. «Əmlakın siyahıdan çıxarılması işləri üzrə məhkəmə təcrübəsi haqqında» 1976-cı il 29 dekabr tarixli;

6. «Təbiətin mühafizəsinə dair qanunvericiliyin məhkəmələr tərəfindən mülki işlərə baxılması təcrübəsində tətbiqi haqqında» 1977-ci il 22 aprel tarixli;

7. «Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında» 1979-cu il 28 sentyabr tarixli;

8. «Mənzillərin dəyişdirilməsi ilə əlaqədar mübahisələrə baxılarkən məhkəmələr tərəfindən qanunçuluğun tətbiq edilməsi təcrübəsi haqqında» 1981-ci il 10 aprel tarixli; 9. «İnzibati hüquq pozuntuları barədə materiallara baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 1982-ci il 28 yanvar tarixli;

10. «Vətəndaşların həyatına, səhhətinə və ləyaqətinə qarşı yönələn cinayətlər üzrə məhkəmə təcrübəsi haqqında» 1984-cü il 5 iyul tarixli;

11. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 1985-ci il 30 iyul tarixli;

12. «İnzibati hüquqpozmalar haqqında materiallara baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan SSR Ali Məhkəməsi Plenumunun 28 yanvar 1982-ci il tarixli 3 nömrəli qərarının yeni qanunvericiliyin tələbləri baxımından yerinə yetirilməsi gedişi haqqında» 1985-ci il 10 dekabr tarixli;

13. «Səhhətin pozulması, yaxud ailə başçısının itirilməsi ilə əlaqədar zərərin ödənilməsini nizama salan qanunvericiüyin respublika məhkəmələri tərəfindən tətbiqi təcrübəsinə dair» 1986-cı il 30 dekabr tarixli;

14. «Keçmiş SSRİ Ali Məhkəməsi Plenumlarının qərarları haqqında» 1993-cü il 3 may tarixli.

 

Ramiz Rzayev,

Azərbaycan Respublikası

Ali Məhkəməsinin sədri