“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəziqərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında”
12.12.2002, 12:35“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəziqərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında”
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
Q Ə R A R I
12 dekabr 2002-ci il |
№4 |
Bakı şəhəri |
Müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası özünün yeni Konstitusiyasını qəbul etdikdən sonra ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının qorunması, yeni təsərrüfat sisteminin yaradılması dövlət hakimiyyətinin möhkəmləndirilməsi, idarəçilik qaydalarının yaxşılaşdırılması və s. sahələrdə əhəmiyyətli tədbirlər həyata keçirmişdir. Dövlət quruculuğunun tərkib hissəsi kimi həyata keçirilən məhkəmə-hüquq islahatı gedişində əvvəlki qanunvericilikdən fərqli yeni qanunvericilik aktları qəbul olunmuşdur.
Əvvəllər qüvvədə olan qanunların tətbiqi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarının bir qismi yeni qanunların qəbulu ilə əlaqədar özünün praktiki əhəmiyyətini itirmişdir. Bu səbəbdən də həmin qərarlar qüvvədən düşmüş hesab edilməlidir.
Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
Q Ə R A R A A L I R:
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun aşağıdakı qərarları qüvvədən düşmüş hesab edilsin:
1. “Qadınların həyatına, səhhətinə və ləyaqətinə qarşı cinayətlərə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 1962-ci il 23 yanvar tarixli;
2. “Daimi tərbiyə vermək üçün uşaqları öz himayəsinə götürən şəxslərdən həddi-buluğa çatmayan uşaqların saxlanmasına vəsait alınmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 1962-ci il 23 yanvar tarixli;
3. “Həddi-buluğa çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” (sonrakı əlavə və dəyişikliklərlə) 1964-cü il 7 may tarixli;
4. “Cinayət edilməsinə imkan yaradan səbəblərin və şəraitin aradan qaldırılması üçün xüsusi qərardadlar çıxarılmasına dair məhkəmə təcrübəsi haqqında” (sonrakı əlavə və dəyişikliklərlə) 1964-cü il 7 may tarixli;
5. SSRİ Ali Məhkəməsi Plenumunun “Vətəndaşların məhkəmə işləri üzrə şikayət və ərizələrinə baxılmasını daha da yaxşılaşdırmaq tədbirləri haqqında” 1963-cü il 18 dekabr tarixli qərarının Bakı şəhəri Nərimanov rayon və Kirovabad şəhər ali məhkəmələri tərəfindən yerinə yetirilməsi gedişi haqqında (sonrakı əlavə və dəyişikliklərlə) 1964-cü il 7 may tarixli;
6. SSRİ Ali Məhkəməsi Plenumunun “Mülki işlər üzrə məhkəmə xərclərinin və cinayət işləri üzrə məhkəmə məsrəflərinin alınması təcrübəsindəki nöqsanları aradan qaldırmaq haqqında” 1963-cü il 18 dekabr tarixli qərarının Bakı şəhəri Artyom, Orconikidze və şaumyan rayon məhkəmələri tərəfindən yerinə yetirilməsi barədə” 1964-cü il 8 may tarixli;
7. “Cinayət etmiş şəxslərin yenidən tərbiyə və islah olunması üçün ictimai təşkilata və əmək kollektivinə zaminliyə verilməsi barədə vəsatətlərə baxılma təcrübəsi haqqında” (sonrakı əlavə və dəyişikliklərlə) 1965-ci il 23 noyabr tarixli;
8. “Böhtan üçün məsuliyyətə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 1969-cu il 14 oktyabr tarixli;
9. “Kasasiya qaydasında işlərin təxirə salınması təcrübəsi haqqında” 1971-ci il 15 sentyabr tarixli;
10. “Azərbaycan SSR məhkəmələrinin əlavə cəzalar təyin etmək təcrübəsi haqqında” 1971-ci il 28 dekabr tarixli;
11. “Rüşvətxorluqla mübarizəyə yönələn qanunvericiliyin və SSRİ Ali Məhkəməsi Plenumunun rəhbər göstərişlərinin respublika məhkəmələri tərəfindən yerinə yetirilməsi haqqında” (sonrakı əlavə və dəyişikliklərlə) 1977-ci il 22 aprel tarixli;
12. “Müqəssirin məhkəməyə verilməsi və işin məhkəmə iclasında baxılmağa hazırlanması ilə əlaqədar olan məsələlərin həlli zamanı Azərbaycan SSR məhkəmələri prosessual qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” (sonrakı əlavə və dəyişikliklərlə) 1977-ci il 27 oktyabr tarixli;
13. “Respublika məhkəmələri tərəfindən Azərbaycan SSR MPM-nin 302-ci maddəsinin tələblərinə əməl edilməsi barədə” 1978-ci il 26 iyul tarixli;
14. “Məhkəmə mədəniyyətini yüksəltmək və məhkəmədə işlərə baxılmasının tərbiyəvi təsirini artırmaq haqqında” 1979-cu il 18 aprel tarixli;
15. “Nikahın pozulmasına dair işlərə məhkəmələr tərəfindən baxılması təcrübəsində meydana çıxan bəzi məsələlər haqqında” 1979-cu il 19 noyabr tarixli;
16. “Məhkəmələr tərəfindən Azərbaycan SSR CM-nin 106-cı maddəsi, 108-ci maddəsinin I hissəsi, 121-ci maddəsinin I hissəsi və 122-ci maddəsi ilə nəzərdə tutulan cinayətlər haqqında şikayətlərə və işlərə baxılması təcrübəsində meydana çıxan bəzi prosessual məsələlər barədə” (sonrakı əlavə və dəyişikliklərlə) 1980-ci il 15 may tarixli;
17. “Fərdi tiklilərin şərikli sahibləri arasında ümumi torpaq sahəsindən istifadə qaydasının həlli barədə məhkəmə təcrübəsi haqqında” 1980-ci il 15 may tarixli;
18. “Alkoqol sərxoşluğu vəziyyətində edilən cinayət işlərinə baxılmasına dair məhkəmə təcrübəsi haqqında” 1981-ci il 26 iyun tarixli;
19. “Pasport qaydalarının pozulması, müntəzəm surətdə avaraçılıq və ya dilənçiliklər məşğul olmaq, habelə uzun müddət başqa tüfeyli həyat sürmək işlərinə dair məhkəmə təcrübəsi haqqında” SSRİ Ali Məhkəməsi Plenumunun 1973-cü il 28 iyun tarixli, 10 nömrəli qərarının (SSRİ Ali Məhkəməsi Plenumunun 1976-cı il 3 sentyabr tarixli, 13 nömrəli qərarı ilə edilən dəyişikliklərlə) yerinə yetirməsi gedişi haqqında” (sonrakı əlavə və dəyişikliklərlə) 1981-i il 26 iyun tarixli;
20. “Sovet ticarəti və əhaliyə məişət xidməti qaydalarının pozulması ilə əlaqədar olan işlər üzrə məhkəmə təcrübəsi haqqında” (sonrakı əlavə və dəyişikliklərlə) 1982-ci il 28 yanvar tarixli;
21. SSRİ Ali Məhkəməsi Plenumunun “Avtonəqliyyat cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 1970-ci il 6 oktyabr tarixli, 11 nömrəli qərarının (SSRİ Ali Məhkəməsi Plenumunun 1976-cı il 3 sentyabr tarixli. 2 nömrəli və 1977-ci il 25 fevral tarixli, 3 nömrəli qərarları ilə edilmiş dəyişikliklərlə) və Azərbaycan SSRİ Ali Məhkəməsi Plenumunun “Avtonəqliyyat vasitələrinin hərəkəti və işlədilməsi qaydalarının pozulmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 1962-ci il 28 dekabr tarixli qərarının (Azərbaycan SSRİ Ali Məhkəməsi Plenumunun 1965-ci il 7 may tarixli qərarının, 1973-cü il 26 iyul tarixli və 1978-ci il 26 iyul tarixli qərarları ilə edilmiş dəyişikliklərlə) respublika məhkəmələri tərəfində yerinə yetirilməsi gedişi haqqında” 1983-cü il 25 mart tarixli;
22. “Məhkəmələr tərəfindən mülki işlərin kasasiya qaydasında baxılması üçün təyin edilməsində prosessual qanunların tələblərinə əməl olunması vəziyyəti haqqında” 1983-cü il 25 mart tarixli;
23. “Qüvvədə olan qaydaların pozulması ilə tikilmiş binaların əvəzsiz olaraq alınmasına dair işlərə baxılmasında qanunvericiliyin tətbiq edilməsinin bəzi məsələləri haqqında” 1983-cü il 22 iyul tarixli;
24. SSRİ Ali Məhkəməsi Plenumunun “Avtonəqliyyat cinayətlərinə dair işlər üzr məhkəmə təcrübəsi haqqında” 1970-ci il 6 oktyabr tarixli, 11 nömrəli qərarın (SSRİ Ali Məhkəməsi Plenumunun 1976-cı il 3 sentyabr tarixli, 2 nömrəli və 1977-ci il 25 fevral tarixli, 3 nömrəli qərarları ilə edilmiş dəyişikliklərlə) və Azərbaycan SSRİ Ali Məhkəməsi Plenumunun “Avtonəqliyyatın hərəkəti və işlədilməsi qaydalarının pozulmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 1962-ci il 28 dekabr tarixli qərarın (Azərbaycan SSR Ali Məhkəməsi Plenumunun 1965-ci il 7 may tarixli, 1973-cü il 26 iyul tarixli və 1978-ci il 26 iyul tarixli qərarları ilə edilmiş dəyişikliklərlə) məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 1983-cü il 23 dekabr tarixli;
25. “residiv cinayətkarlıqla mübarizəyə dair qanunvericiliyin və SSRİ Ali Məhkəməsi Plenumunun bu barədə rəhbər göstərişlərinin respublika məhkəmələri tərəfindən yerinə yetirilməsi gedişi haqqında” 1984-cü il 11 aprel tarixli;
26. SSRİ Ali Məhkəməsi Plenumunun 1978-ci il 24 noyabr tarixli, 9 nömrəli və Azərbaycan SSR Ali Məhkəməsi Plenumunun 1980-ci il 25 sentyabr tarixli “Məhkumu azadlıqdan məhrum etmə yerlərindən şərti azad etməklə məcburi əldə etməyə cəlb etmənin tətbiqinə dair məhkəmə təcrübəsi haqqında”kı qərarlarının respublika məhkəmələri tərəfindən yerinə yetirilməsi barədə 1984-cü il 11 aprel tarixli;
27. Azərbaycan SSRİ Ali Məhkəməsi Plenumunun “Cinayət işlərinin yenidən əlavə ibtidai istintaq və ya təhqiqat aparılması üçün göndərilməsi
barədə məhkəmə təcrübəsi haqqında” 1982-ci il 26 yanvar tarixli qərarının respublika məhkəmələri tərəfindən yerinə yetirilməsi gedişi barədə” 1984-cü il 11 aprel tarixli;
28. SSRİ Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət işlərinin kasasiya qaydasında baxılması təcrübəsi haqqında” rəhbər izahlarının Naxçıvan MSSR Ali Məhkəməsi, Bakı şəhər Məhkəməsi və DQMV Vilayət məhkəməsi tərəfindən yerinə yetirilməsi gedişi barədə” 1984-cü il 5 iyul tarixli;
29. SSRİ Ali Məhkəməsi Plenumunun “Pasport qaydalarının pozulması, müntəzəm surətdə avaralıqla və ya dilənçiliklə məşğul olma, habelə uzun müddət başqa tüfeyli həyat sürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 1973-cü il 28 iyun tarixli, 10 nömrəli qərarın (Plenumun 1976-cı il 3 sentyabr tarixli, 13 nömrəli və 1984-cü il 26 aprel tarixli, 7 nömrəli qərarı ilə edilən dəyişikliklərlə) yerinə yetirilməsi gedişi haqqında” 1984-cü il 15 dekabr tarixli;
30.”Cinayət işləri və mülki işlər üzrə xüsusi qərardadların çıxarılmasına dair SSRİ Ali Məhkəməsi və Azərbaycan SSRİ Ali Məhkəməsi plenumlarının rəhbər göstərişlərinin respublika məhkəmələri tərəfindən yerinə yetirilməsi gedişi haqqında” 1984-cü il 15 dekabr tarixli;
31.”Respublika məhkəmələri tərəfindən SSRİ Ali Məhkəməsi Plenumunun “Meşə qaydalarının pozulmasına dair məhkəmə təcrübəsi haqqında” 1969-cu il 30 iyun tarixli qərarının (Plenumun 1983-cü il 7 iyul tarixli, 5 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) yerinə yetirilməsi gedişi haqqında” 1984-cü il 15 dekabr tarixli;
32.SSRİ Ali Məhkəməsi Plenumunun “Müəssisəyə, idarəyə, təşkilata vurduqları zərər üçün fəhlə və qulluqçuların maddi məsuliyyətini tənzim edən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqinə dair 1977-ci il 23 sentyabr tarixli, 15 nömrəli qərarın (Plenumun 1983-cü il17 mart tarixli, 2 nömrəli və 1dekabr 12 nömrəli qərarlarının redaksiyasında) respublika məhkəmələri tərəfindən yerinə yetirilməsi gedişi haqqında” 1984-cü il 15 dekabr tarixli;
33.Respublika məhkəmələri tərəfindən Azərbaycan SSR CM-nin 41 və 42.1-ci maddələrinə edilən dəyişiklik və əlavələrlə əlaqədar şərti məhkum etmə və hökmün icrasını təxirə salma haqqında qanunvericiliyin tətbiqi təcrübəsinə dair 1985-ci il 12 aprel tarixli;
34.”Rüşvətxorluq işləri üzrə məhkəmə təcrübəsi haqqında” SSR Ali Məhkəməsi Plenumunun 1977-ci il 25 sentyabr tarixli qərarının respublika məhkəmələri tərəfindən yerinə yetirilməsi gedişi haqqında” 1985-ci il 30 iyul tarixli;
35.SSRİ Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 1972-ci il 16 oktyabr tarixli qərarının yeni antialkoqol qanunvericiliyinin tələbləri baxımından yerinə yetirilməsi barədə” 1986-cı il 10 dekabr tarixli;
36.”Sərxoş vəziyyətdə edilmiş cinayətlər üzrə işlərin baxılmasına dair məhkəmə təcrübəsi haqqında” Azərbaycan SSR Ali Məhkəməsi Plenumunun 1981-ci il 26 iyun tarixli, 9 nömrəli qərarının yerinə yetirilməsi gedişi haqqında” 1985-ci il 10 dekabr tarixli;
37.”Materialları məhkəməyə qədər protokol formasında hazırlanan cinayət işlərinə baxılma qaydasına dair məhkəmə təcrübəsi haqqında” 1986-cı il 7 may tarixli;
38.”Azərbaycan SSR Ali Məhkəməsinin 1967-ci il 18 iyul tarixli Plenumunun “Bədənə ağır xəsarət yetirilmənə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında qərarının (Plenumun 1983-cü il 25 mart tarixli qərarı ilə edilmiş dəyişikliklərlə) yerinə yetirilməsi gedişi haqqında” 1986-cı il 7 may tarixli;
39.”Respublika məhkəmələri haqqında” “Vətəndaşlarla mənzil-tikinti kooperativi arasındakı mübahisələrə məhkəmələr tərəfindən baxılarkən qanunvericiliyin tətbiqi barədə SSRİ Ali Məhkəməsi Plenumunun 1978-ci il 16 iyul tarixli, 6 №-li qərarının yerinə yetirilməinin gedişi haqqında” 1986-cı il 7 may tarixli;
40.SSRİ Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 1969-cu il 30 iyun tarixli, 4 №-li qərarının (Plenumun 1984-cü il 26 aprel tarixli, 7 №-li qərarı ilə dəyişikliklər edilməklə) Azərbaycan SSR məhkəmələri tərəfindən yerinə yetirilməsi haqqında 1986-cı il 29 avqust tarixli;
41.”Yaşayış evinə şəxsi mülkiyyət hüququ ilə əlaqədar olan mübahisələrin həlli üzrə qanunvericiliyin tətbiqinə dair məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 1986-cı il 29 avqust tarixli;
42.SSRi Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən SSRİ və müttəfiq respublikaların cinayət qanunvericiliyi Əsaslarının 31-ci maddəsinin tətbiq edilməsi təcrübəsinə dair” 1967-ci il 25 fevral tarixli, 2 nömrəli qərarının (Plenumun 1976-cı il 25 iyun tarixli, 10 nömrəli və 1984-cü il 26 aprel tarixli, 7 nömrəli qərarları ilə edilmiş dəyişikliklərlə) respbulika məhkəmələri tərəfindən yerinə yetirilməsinin gedişi barədə” 1987-ci il 30 sentyabr tarixli;
43.Mənzil sahəsinin tamah məqsədi ilə kirayə verilməsi bə mütəmadi olaraq zəhmətsiz gəlir əldə etmək məqsədi ilə istifadə edilən evlərin, bağ və digər yaşayış sahələrinin əvəzsiz alınması ilə bağlı olan mülki işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiq edilməsinin bəzi məsələləri haqqında” 1987-ci il 30 sentyabr tarixli;
44.SSRİ Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən əlavə cəzaların təyin edilməsi təcrübəsi haqqında” 1980-cı il 29 avqust tarixli, 6 nömrəli (Plenumun 1984-cü il 26 aprel tarixli, 7 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) və Azərbaycan SSR Ali Məhkəməsi Plenumunun bu məsələ barəsində 1971-ci il 28 dekabr tarixli, 2 nömrəli qərarının yerinə yetirilməsi haqqında 1987-ci il 30 sentyabr tarixli;
45.”Sərxoşluq və alkoqolizmə qarşı mübarizənin gücləndirilməsinə yönəldilmiş qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsinə dair” SSRİ Ali Məhkəməsi Plenumunun 1985-ci il 1 noyabr tarixli, 15 nömrəli qərarının yerinə yetirilməsi gedişi haqqında” 1987-ci il 30 dekabr tarixli;
46. “Yetkinlik yaşına çatmayanların cinayətləri, onların cinayətkar və və sair cəmiyyətə zidd fəaliyyətə cəlb etmə işləri haqqında SSRİ Ali Məhkəməsi Plenumunun qərarının Azərbaycan SSR məhkəmələri tərəfindən yerinə yetirilməsi gedişi haqqında” 1988-ci il 26 aprel tarixli;
47.”Nikahın pozulmasına dair işlərə məhkəmələr tərəfindən baxılması təcrübəsində meydana çıxan bəzi məsələlər haqqında” Azərbaycan SSR Ali Məhkəməsi Plenumunun 1979-cu il 29 aprel tarixli, 3 nömrəli və “Ər-arvadın əmlak mübahisələrinə dair məhkəmə təcrübəsi haqqında” Azərbaycan SSR Ali Məhkəməsi Plenumunun 1983-cü il 22 iyul tarixli, 6 nömrəli qərarlarının respublika məhkəmələri tərəfindən yerinə yetirilməsi gedişi haqqında” 1988-ci il 26 aprel tarixli;
48.”Məhkəmələr tərəfindən cinayət və mülki işlərə baxılarkən təbiətin mühafizəsi üzrə qanunvericiliyin tətbiqinin bəzi məsələləri haqqında” 1988-ci il 20 oktyabr tarixli;
49.”Cinayət işləri üzrə “Ədalət mühakiməsinin həyata keçirilməsində qanunçuluğun daha da möhkəmləndirilməsi haqqında” SSRİ Ali Məhkəməsi Plenumunun 5 dekabr 1986-cı il tarixli, 15 nömrəli qərarının respublika məhkəmələri tərəfindən yerinə yetirilməsinə dair” 1988-ci il 29 dekabr tarixli;
50.”Yetkinlik yaşına çatmayanların cinayətləri üzrə qanunvericiliyin tətbiqi üzrə SSRİ və Azərbaycan SSR Ali Məhkəməsi plenumlarının rəhbər göstərişlərinin respublika məhkəmələri tərəfindən yerinə yetirilməsi haqqında” 1990-cı il 26 aprel tarixli;
51. “Səhhətin pozulması ilə əlaqədar dəymiş zərərin ödənilməsini nizama salan qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” 1990-cı il 26 aprel tarixli;
52.SSRİ Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsini həyata keçirərkən qanunçuluğun daha da möhkəmləndirilməsi haqqında” 1986-cı il 5 dekabr tarixli, 15 nömrəli qərarın Gəncə rayon Xalq Məhkəməsi tərəfindən yerinə yetirilməsi barədə” 1990-cı il 26 aprel tarixli;
53.”Məhkəmələr tərəfindən cinayət işlərinə kassasiya qaydasında baxılma təcrübəsi haqqında” 1993-cü il 23 dekabr tarixli;
54.”Dövlət idarəetmə orqanlarının və vəzifəli şəxslərin vətəndaşlarının hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən məhkəmətə şikayət verməsi barədə qanunvericiliyin tətbiqi haqqında” 1994-cü il 20 may tarixli;
55.”Cinayət işlərinin əlavə ibtidai istintaqa qaytarılmasını nizama salan qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 1994-cü il 2 dekabr tarixli;
56.”Ər-arvad arasında əmlak mübahisələri ilə əlaqədar məhkəmə təcrübəsində qanunvericiliyin tətbiqi haqqında” 1994-cü il 2 dekabr tarixli;
57.”Mənzil fondunun özəlləşdirilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” 1994-cü il 16 iyun tarixli;
58.”Gəlirlər haqqında deklarasiya verməkdən boyun qaçırma, mənfəətin, gəlirin və digər vergitutma, habelə icbari ödəniş obyektlərinin gizlədilməsi və ya azaldılması, dövlətqiymət intizamının pozulması işləri üzrə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 1995-ci il 22 dekabr tarixli;
59.”Mülki işlərə birinci instansiya məhkəmələrində hakimlər tərəfindən təkbaşına baxılarkən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 1995-ci il 22 dekabr tarixli;
60.”Azərbaycan Respublikası məhkəmələri tərəfindən mülki işlərə və cinayət işlərinə baxılarkən prosessual müddətlərə əməl edilməsinə dair məhkəmə təcrübəsi haqqında” 1995-ci il 22 dekabr tarixli.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
S.C.HƏSƏNOVA
Göstərilən platformalarda paylaş: