Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclası keçirilib
12.03.2024, 18:272024-cü il martın 12-də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
İclasda mülki və ailə qanunvericiliyinin tətbiqi üzrə hüquqi yanaşmanın sabitliyinin təmin olunması və vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə aparılmış ümumiləşdirmənin nəticələri, habelə beynəlxlaq təcrübə nəzərə alınmaqla Ali Məhkəmənin Mülki kollegiyası tərəfindən hazırlanmış “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Plenum qərar layihəsi müzakirəyə çıxarılaraq, müvafiq qərar qəbul edilib.
Plenumda həmçinin konkret işlərə baxılıb.
Göstərilən platformalarda paylaş: