ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi-məsləhət şurasının tərkibinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı

05.06.2023, 14:18
Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi-məsləhət şurasının tərkibinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı
Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi-məsləhət şurasının tərkibinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı

PDF Word

 

Azərbaycan Respublikası Ali Məhkəməsi yanında

Elmi-məsləhət şurasının tərkibinin müəyyən edilməsi barədə 

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun

 Q Ə R A R I

 

“19” may 2023-cü il                             №12                                  Bakı şəhəri

“Məhkəmələr və hakimlər haqqında”  Azərbaycan Respublikası Qanununun 78-ci və 79-cu maddələrinə əsasən qanunların düzgün tətbiq olunması, qanunvericiliyin təkmilləşdirilməsi və elmi təkliflərin hazırlanması məqsədilə Ali Məhkəmənin yanında Elmi-məsləhət şurası fəaliyyət göstərir və həmin şuranın tərkibini Ali Məhkəmənin Plenumu təsdiq edir.

Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu

QƏRARA  ALDI:

Azərbaycan Respublikası  Ali Məhkəməsi yanında Elmi-məsləhət şurası aşağıdakı tərkibdə təsdiq edilsin:

1. Müzəffər Abusət oğlu  Ağazadə –  Ali Məhkəmənin sabiq hakimi

2. Firuzə Məmməd qızı Abbasova - BDU-nun Hüquq fakültəsinin “Cinayət prosesi” kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor

3. Cavid Sədulla oğlu Abdullazadə - Ankara Universitetinin Hüquq fakültəsinin Ədalət Məslək Ali Məktəbinin müdiri, hüquq üzrə professor

4. Fərid Turab oğlu Əhmədov - ADA Universitetinin müəllimi, BMT-nin İnsan hüquqları Komitəsinin üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru

5. Azər Çingiz oğlu Əliyev – Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin Beynəlxalq iqtisadi hüquq və müqayisəli hüquq üzrə professoru

6. Məhəmməd Fəxrəddin oğlu Quluzadə - “Hüquq və İnsan Haqları İnstitutu”nun İdarə Heyətinin sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru

7. Rəşad Nadir oğlu İbadov - ADA Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq elmləri üzrə fəlsəfə doktoru

8. Əsəd Abdulla oğlu Mirzəliyev - Ali Məhkəmənin sabiq hakimi

9. Fərhad Sabir oğlu Mirzəyev - “BM Morrison Partners” beynəlxalq hüquq firmasının rəhbəri, hüquq elmləri üzrə fəlsəfə doktoru

10. Sərvər Süleyman oğlu Süleymanlı – BDU-nun Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq elmləri üzrə fəlsəfə doktoru

11. Azad Sabit oğlu Talıbov – ADA Universitetinin Mülki hüquq kafedrasının dosenti, hüquq elmləri üzrə fəlsəfə doktoru

12. Fuad Tarverdi oğlu Zərbiyev - "Graduate Institute of International and Development Studies"-nın (Cenevrə, İsveçrə) beynəlxalq hüquq üzrə dosenti, hüquq elmləri üzrə fəlsəfə doktoru.

 

Azərbaycan Respublikası

Ali Məhkəməsinin sədri                                                          İnam Kərimov