ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Respublikası Ali Məhkəməsinin Beynəlxalq Əlaqələri

23.04.2008, 12:35
Azərbaycan Respublikası Ali Məhkəməsinin Beynəlxalq Əlaqələri
Azərbaycan Respublikası Ali Məhkəməsinin Beynəlxalq Əlaqələri
21-23 aprel 2008-ci il tarixdə İrlandiya Respublikasının paytaxtı Dublin şəhərində «Məhkəmə İnzibatçılığı Üzrə Beynəlxalq Assosiasiya (MİÜBA)» tərəfindən təşkil olunmuş beynəlxalq konfras keçirilmişdir. 44 dövlətdən 240 nümayəndənin, o cümlədən bir sıra ölkələrin Ali Məhkəmələrinin sədrlərinin, Ədliyyə Nazirlərinin, alimlərin, müxtəlif instansiya məhkəmələri hakimlərinin təmsil olunduqları konfransda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi E.B.Məmmədov və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Ş.Y.Yusifov da iştirak etmişlər. Sayca üçüncü olan konfrans «Ümumdünyavi innnovasiyaların məhkəmə sistemlərində tətbiqi» mövzusuna həsr edilmiş, müzakirələr həm bu mövzuda, həm də məhkəmələrdə hakimlərin sayının müəyyən edilməsi üçün texniki analiz, işlərin bölüşdürülməsi sistemi, kağız karguzarlığının elektron fayllarla hərəkəti, məhkəmə proseslərinin uzadılması səbəbləri, ədalət mühakiməsinin həyata keçirilməsində effektiv idarəetmənin rolu mövzularında aparılmışdır. Azərbaycan Respubliksının nümayəndələri bu müzakirələrdə fəal iştirak etməklə yanaşı eyni zamanda MİÜBA-nın Prezidenti, istefada olan hakim cənab Markus Zimmerlə, İrlandiya Ali Məhkəməsinin sədri cənab Con Mürreylə, Ruandanın Ədliyyə Naziri cənab Tarsis Karuqama ilə, Əfqanıstan Respublikası Ali Məhkəməsinin hakimi cənab R.Rəşidlə, Rusiya Ali Məhkəməsinin Məhkəmə Departamentinin rəisi cənab Leonid Smertinlə, Ukrayna və Moldova Respublikaları məhkəmələrinin hakimləri ilə də görüşlər keçirmiş, Avropa və dünya məhkəmə sistemləri, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı yaranan problemlər, məhkəmələrdə karguzarlığın aparılmasında və məhkəmə proseslərinin keçirilməsində müasir texnoloqiyaların tətbiqi barədə səmərəli müzakirələr aparmış,  ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları barədə xarici ölkələrin nümayəndələrinin nəzərinə çatdırmışlar.
 
Səfər çərçivəsində E.B.Məmmədov və Ş.Y.Yusifov 24 aprel 2008-ci il tarixdə həmçinin İngiltərənin paytaxtı London şəhərində olmuş, Azərbaycan Respublikasının İngiltərədəki fövqəladə və səlahiyyətli səfiri cənab F.Qurbanovla görüşmüşlər. Görüşdə konfrans və onun nəticələri barədə geniş məlumat verilmiş, habelə bütün sahələrdə surətlə inkişaf edən ölkəmizin məhkəmə orqanlarının beynəlxalq əlaqələri barədə müzakirələr aparılmış, beynəlxalq konfraslarda Azərbaycan hakimlərinin fəal iştirakları, belə konfransların səmərəliliyi xüsusilə vurğulanmışdır.