ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri bölgələrdə vətəndaşları qəbul edib

14.02.2020, 14:52
Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri bölgələrdə vətəndaşları qəbul edib
Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri bölgələrdə vətəndaşları qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıq və tövsiyələri daim diqqət mərkəzində saxlanılır.

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq fevralın 14-də Ali Məhkəmənin Cinayət kollegiyasının sədri Şahin Yusifov Gədəbəy rayonunda vətəndaşları edib.

Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin Gədəbəy şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb. Bəzi müraciətlər üzrə isə Ali Məhkəmənin aparatının qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Müraciətlərin əksəriyyəti məhkəmələrin fəaliyyəti ilə bağlı olub.

Vətəndaşlar onların əlverişli şəraitdə qəbulundan və müraciətlərinə həssaslıqla yanaşılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Ali Məhkəmənin Mətbuat Xidməti