Azərbaycan Respublikası Ali Məhkəməsinin məlumatı
22.11.2011, 12:352011-ci il noyabrın 22-də Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Ali Məhkəmədə toplantı keçirilmişdir.
Toplantıdan əvvəl Ali Məhkəmənin bir qrup hakimi ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmiş, Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda həlak olanların xatirəsini yad etmişlər.
Ali Məhkəmənin sədri Ramiz Rzayev əlamətdar gün münasibətilə toplantı iştirakçılarını təbrik etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən inkişaf dinamikasından və Ali Məhkəmədə baş verən yeniliklərdən söhbət açmışdır.
Göstərilən platformalarda paylaş: