Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev 18 aprel 2019-cu ildə Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək
09.04.2019, 12:35Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev tərəfindən aprelin 18-də Sumqayıt şəhərində vətəndaşların qəbulu keçiriləcəkdir.
Vətəndaşların qəbulu Sumqayıt Apellyasiya Məhkəməsində (ünvan: Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120) saat 10:00 başlanacaq. Qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.
Vətəndaşlar qəbula Sumqayıt Apellyasiya Məhkəməsində, Ali Məhkəmədə, habelə 489-07-07 (daxili nömrə: 18108), 0502455420 nömrəli telefonları, contact2@supremecourt.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
Ali Məhkəmənin Mətbuat Xidməti
Göstərilən platformalarda paylaş: