Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevə
28.10.2014, 12:35Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
Ramiz Rzayevə
24-25 oktyabr 2014 tarixlərində Bakıda keçirilmiş konfransda iştirak etmək üçün İsveçrə nümayəndə heyətinə verdiyiniz imkana görə sizə öz minnətdarlığımı ifadə edirəm. Konfrans tamamilə gözlədiyimiz şəkildə baş tutdu. Sizdən və sizin əməkdaşlarınızın qonaqpərvərliklərindən həzz aldıq. Biz həmçinin müxtəlif ölkələrdən olan bəzi kolleqalarla görüşməyə və maraqlı müzakirələr keçirməyə nail olduq. İsveçrəyə qayıtdıqda əldə edilmiş unudulmaz təcrübə haqqında ətraflı məruzə etdim. Burada olduğumuz dövrdə qazandığımız dostlarla görüşmək üçün hökmən Azərbaycana qayıtmalıyıq. Bir daha təşəkkürlər.
Hörmətlə,
Markus Metz
İsveçrə Ali İnzibati Məhkəməsinin sədri
Göstərilən platformalarda paylaş: