ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevə

28.10.2014, 12:35
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevə
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevə

Ramiz Rzayev

Azərbaycan Respublikası Ali Məhkəmə Sədri

Hörmətli Həmkarım,

23-26 Oktyabr 2014 tarixlərində ölkənizin ev sahibliyində reallaşan “Avropa İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyasının Ölkədaxili Tətbiqində Milli Hakimlərin Rolu” mövzulu konfransda iştirakçı olaraq iştirak etməkdən və burada bir-birindən dəyərli qonaqlarla görüşmə fürsəti tapmaqdan şəxsim və Türk Dövlət Şurası adına böyük bir qürur duydum.

Konfrans müddətində göstərmiş olduğunuz ecazkar ev sahibliyiniz və alicənab qonaqpərvərliyiniz, Azərbaycan xalqının qədirşünaslığının, səmimiyyətinin, sevgi və həyat dolu dünya görüşünün yalnız kiçik bir əks olunması olaraq bütün iştirakçıların könüllərini fəth etdiyini və bu baxımdan ölkəniz və ölkənizin insanlarına olan heyranlığımı bir qat daha artırdığını ifadə etmək istəyirəm.

Bu vəsiləylə, günümüz dünyasının ən əhəmiyyətli problemlərindən birinə toxunulan bu qədər həyati əhəmiyyətə sahib bir təşkilatı böyük bir müvəffəqiyyət ilə tərtib etmənizdən və qonaqpərvərliyiniz mövzusunda göstərmiş olduğunuz bənzərsiz zəriflik və nəzakətinizdən ötəri şəxsinizə, təşkilatda əməyi keçən hər kəsə, təşkilatınıza və ölkənizə şəxsim və Başçılığının adına bir dəfə daha minnəttarlığımı bildirirəm, əmin-amanlıq diləyirəm.

Ayrıca,imzalamağı arzu etmiş olduğumuz “Əməkdaşlıq Protokolu” sayəsində, ölkələrimiz arasında mövcud əməkdaşlığın, səlahiyyət sahəmizə girən müxtəlif mövzularda daha da inkişaf edib güclənəcəyi inancı ilə yenidən bir araya gələ bilməyi ümid edirəm.

 

Hörmətlə,

Zerrin Güngör

Dövlət Şurasının Sədri