ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər

19.07.2019, 12:35
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər

      Azərbaycan respublikasının  Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıq və tövsiyələri diqqət daim mərkəzində saxlanılır.

      Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq iyulun 19-da  Ali Məhkəmənin sədri Ramiz Rzayev Şəkidə,  İnzibati-İqtisadi kollegiyanın sədri Hikmət Mirzəyev Qaxda,  Cinayət kollegiyasının sədri Şahin Yusifov Zaqatalada  vətəndaşların qəbulunu keçiriblər. 

      Qəbullar zamanı  hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi  yerindəcə öz həllini tapıb. Bəzi  müraciətlər üzrə isə Ali Məhkəmənin Aparatının qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Müraciətlərin əksəriyyəti məhkəmələrin fəaliyyəti ilə bağlı olub.

      Vətəndaşlar onların əlverişli şəraitda qəbulundan və müraciətlərinə  həssaslıqla  yanaşılmasından  razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.  

      Səfər zamanı Şəki  Məhkəmə Kompleksində Şəki Apelyasiya  Məhkəməsinin yurisdiksiyasına aid məhkəmələrin sədrlərinin və hakimlərinin iştirakı ilə müşavirə keçirilmişdir.

      Müşavirədə Ali Məhkəmənin sədri məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə, vətəndaş məmnunluğunun yüksəldilməsinə, etik davranış qaydalarına dönmədən əməl olunmasına, qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin edilməsinə dair tapşırıq və tövsiyələrini vermişdir.  Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 2019-cu il 3 aprel tarixli Fərmanının müstəsna əhəmiyyətini qeyd edən Ali Məhkəmənin sədri bu mühüm Fərmanın məhkəmə fəaliyyətinin gələcək inkişafı üçün “yol xəritəsi” olduğunu, bu sahədə islahatların yeni inkişaf mərhələsinə keçdiyini vurğulamış, kompleks qanunvericilik, institusional və praktiki tədbirlər nəzərdə tutan proqram xarakterli Fərmandan irəli gələn   vəzifələrin vaxtında, dürüst və dönmədən icrasının təmin olunmasını diqqətə  çatdırmışdır. Qeyd olunmuşdur ki, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılmasına və Kommersiya məhkəmələrinin yaradılmasına dair Qanun layihələri Milli Məclisin  iyul ayında keçirilən Plenar iclaslarında qəbul edilmişdir. Fərmandan irəli gələn digər məsələlərin icrası ilə bağlı işlər davam etdirilir.

      Sonra 2019-cu ilin birinci yarımilində Şəki Apellyаsiyа Məhkəməsi tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsilə əlaqədar görülmüş işlər təhlil edilmiş, eləcə də 2016-2017-ci illərdə respublikanın birinci instansiya məhkəmələri tərəfindən baxılmış “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” ilə bağlı mülki işlərin Ali Məhkəmədə aparılmış ümumiləşdirilmənin və Şəki Apellyasiya Məhkəməsinin 2019-cu ilin birinci yarımilinə dair iş planına uyğun olaraq apelyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri tərəfindən 2018-ci ilin ikinci yarımilində CM-in 234.1-ci maddəsi ilə baxılmış cinayət işləri üzrə cəza təyini təcrübəsinə dair aparılmış ümumiləşdirmənin nəticələri müzakirə olunmuşdur.  

      Ali Məhkəmənin Mətbuat Xidməti