Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Thyssen Krupp” şirkətinin idarə heyətinin sədri Ekkerhard Şultsun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
19.08.2008, 12:35Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Almaniyanın dünya şöhrətli “Thyssen Krupp” şirkətinin idarə heyətinin sədri Ekkerhard Şultsun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Cənab Ekkerhard Şults rəhbərlik etdiyi şirkətin Azərbaycanda gedən iqtisadi inkişaf proseslərinə böyük maraq göstərdiyini bildirdi.
Görüşdə şirkətin Azərbaycanda gələcəkdə fəaliyyətinin perspektivləri barədə fikir mübadiləsi aparıldı.
Göstərilən platformalarda paylaş: