Azərbaycan vəkilliyinin 100 illiyinə həsr olunmuş məhkəmə müsabiqəsinin final mərhələsi keçirilmişdir
10.03.2019, 12:35Bu gün Azərbaycan Respublikasının Ali Məhkəməsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası və ELSA Azərbaycanın birgə təşkilatçılığı ilə Azərbaycan vəkilliyinin 100 illiyinə həsr olunmuş VIII Milli Məhkəmə Müsabiqəsinin final mərhələsi keçirilmişdir.
Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbir iştirakçılarını salamlayaraq, tədbirin təşkil edilməsinə göstərmiş dəstəyinə görə Azərbaycan Respublikası Ali Məhkəməsinin rəhbərliyinə təşəkkürünü bildirmiş, Kollegiyanın gənc hüquqşünasların vəkilliyə gəlmələrinə maraqlı olduğunu, bu istiqamətdə müxtəlif səpkili tədbirlər keçiriləcəyi barədə məlumat vermiş, bundan sonra da Kollegiya tərəfindən ELSA ilə birgə belə faydalı tədbirlərin mütəmadi şəkildə təşkili haqqında fikirlərin bölüşmüşdür.
Müsabiqənin yarımfinal mərhələsində uğur qazanmış iki komanda – Bakı Dövlət Universiteti ilə Azərbaycan Respublikası Gömrük Akademiyasının hüquq fakultələrinin komandaları mülki iş üzrə prosesdə çəkişmişlər. Proses tərəflərinin çıxışları Ali Məhkəmənin hakimləri Əsəd Mirzəliyev, Əhməd Əhmədov və Sənan Hacıyev tərəfindən qiymətləndirilmişdir.
Müsabiqənin sonunda Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev bu kimi tədbirlərin gənc hüquqşünaslar üçün əhəmiyyəti, o cümlədən Vəkillər Kollegiyasının son dövrlərdə həyata keçirdiyi tədbirlər nəticəsindı gənclərin vəkil peşəsinə marağının atmasının təqdirəlayiq olduğunu qeyd etmişdir.
Daha sonra iştirakçılar Ali Məhkəmənin sərdi Ramiz Rzayev və Vəkillər Kollegiyasının sərdi Anar Bağırov tərəfindən təltif edilmiş, müsabiqə iştirakçıları ilə xatirə fotosu çəkilmişdir.
Göstərilən platformalarda paylaş: